“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
14-01-2023, 16:45
Ukrayna Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığını qeyd etdi


Ukrayna Rusiyanın uzunmüddətli müharibəyə hazırlaşdığını qeyd etdii

Rusiya Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Bunu təkcə iqtisadiyyatın hərbi müstəviyə keçməsi deyil, həm də Gerasimovun işğalçı qüvvələrin yeni komandanı təyin olunması sübut edir. Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. “Putinin Rusiya Federasiyasının iqtisadiyyatını və hərbi sənaye kompleksini yenidən təşkil etmək üçün gördüyü tədbirlər Rusiyanın hərbi vəziyyətə keçirilməsinin hazırlığına işarədir” – deyə məlumatda bildirilib. Kəşfiyyatçıların fikrincə, bu tədbirlər Rusiya silahlı qüvvələrinin potensialını gücləndirmək və müharibənin lap əvvəlində planlaşdırılan, lakin işğalçı qüvvələr tərəfindən uğursuz həyata keçirilən əməliyyatların aparılması üçün şərait yaratmaq məqsədi daşıyır. “İşğalçı ölkənin Ukraynada müharibənin davam etdirilməsi üçün bütün hərbi resursları cəlb etmək cəhdləri və bu yaxınlarda Rusiya silahlı qüvvələrinin Baş qərargah rəisi Gerasimovun yeni komandan təyin olunması təkcə Rusiyanın hərbi uğursuzluqlarına dəlalət etmir, həm də Rusiya Federasiyasının genişmiqyaslı və uzunmüddətli müharibəni davam etdirməyə hazırlığına istiqamətlənib”, - deyə məlumatda qeyd olunub.
14-01-2023, 16:40
Sabahın hava proqnozu - Arabir yağış yağacaq


Sabahın hava proqnozu - Arabir yağış yağacaq

Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
14-01-2023, 16:36
Türkiyəylə imzalanmış saziş təsdiqləndi


Türkiyəylə imzalanmış saziş təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib. Qeyd edək ki, 15 maddədən ibarət sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
14-01-2023, 16:31
Müharibə Ukraynanın infrastrukturuna 127 milyard zərər vurub


Müharibə Ukraynanın infrastrukturuna 127 milyard zərər vurub

Müharibə indiyədək Ukraynanın mülki infrastrukturuna 127 milyard dollardan çox zərər vurub. Bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Japarova BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında deyib. “Son hesablamalara əsasən, müharibənin Ukraynanın mülki infrastrukturuna vurduğu zərərin ümumi həcmi 127 milyard dolları ötüb”, - deyə Japarova bildirib. Onun sözlərinə görə, ölkənin bərpası böyük investisiya layihələrindən biri olacaq: “Ukrayna Avropanın ən iri tikinti sahəsinə çevrilib. Bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradacaq”.
14-01-2023, 16:25
İranın nazir müavini edam edildi


İranın nazir müavini edam edildi

Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib. Bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb. Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb. "O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir. Xatırladaq ki, İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
14-01-2023, 16:19
Rusiyada çoxuşaqlı atalar da səfərbərliyə cəlb olunacaq


Rusiyada çoxuşaqlı atalar da səfərbərliyə cəlb olunacaq

Rusiyada üç uşağı olan atalar üçün möhlət hüququ ləğv edilib. Bu barədə Rusiya parlamentinin deputatı Nina Ostanina məlumat verib. Onun sözlərinə görə, çoxuşaqlı atalar da səfərbərliyə cəlb ediləcək. Deputat deyib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb. Xatırladaq ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.
14-01-2023, 16:16
Blinken Ukraynaya davamlı yardım ediləcəyini vurğuladı


Blinken Ukraynaya davamlı yardım ediləcəyini vurğuladı

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Telefon danışığı zamanı Ukraynaya hərbi və iqtisadi yardım müzakirə olunub. "Dövlət katibi Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı və sarsılmaz dəstəyini vurğulayıb", - açıqlamada bildirilir.
14-01-2023, 16:09
Türk Dövlətləri Təşkilatından Azərbaycana dəstək


Türk Dövlətləri Təşkilatından Azərbaycana dəstək

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Bu barədə TDT-nin mətbuat xidmətindən bildirlib. Bəyanatda qeyd olunub ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir. Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.
13-01-2023, 20:35
Hərbi qulluqçumuz dünyasını dəyişib


Hərbi qulluqçumuz dünyasını dəyişib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib. “Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - məlumatda qeyd olunub.
13-01-2023, 20:32
Ukrayna Ali Radası bir sıra mandatları ləğv etdi


Ukrayna Ali Radası bir sıra mandatları ləğv etdi

Ukrayna Ali Radası dörd deputatın - Viktor Medvedçukun, Taras Kozakın, Andrey Derkaçın və Renat Kuzminin mandatlarını ləğv edib. Bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat verib. Prezident Volodimir Zelenski adları çəkilən deputatların mandatlarından məhrum edilməsi barədə qərarı təsdiqləyib. Deputatlar vətəndaşlıqlarını itirdikləri üçün mandatdan məhrum ediliblər. Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayında isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!