“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
12-01-2023, 17:22
İki ölkə arasında vizasız gediş-gəliş təsdiqləndi


İki ölkə arasında vizasız gediş-gəliş təsdiqləndi

Ermənistan və Gürcüstan vətəndaşları sərhədi daxili sənədlərlə - şəxsiyyət vəsiqəsi ilə keçə biləcəklər, xarici pasportun təqdim edilməsi məcburi olmayacaq. “Ermənistan və Gürcüstan vətəndaşlarının iki dövlət arasında giriş vizası olmadan gediş-gəlişi haqqında” dövlətlərarası saziş layihəsi cümə axşamı Ermənistan hökumətinin iclasında təsdiqlənib. Xarici işlər naziri Ararat Mirzoyan deyib ki, qonşu Gürcüstanla münasibətlərin möhkəmləndirilməsi İrəvanın prioritetlərindən biridir. Məlumata görə, 2019-cu ildə 1 milyon 365 min Ermənistan vətəndaşı Gürcüstana səfər edib və pandemiyadan sonra bu dinamika bərpa olunur. Mirzoyan xatırladıb ki, 2022-ci il martın 3-də iki ölkənin baş nazirləri vətəndaşların köçürülməsini asanlaşdırmaq üçün niyyət protokolu imzalayıb.
12-01-2023, 17:19
Reysterdən keçməyən media subyektlərinə güzəşt olmayacaq


Reysterdən keçməyən media subyektlərinə güzəşt olmayacaq

Media subyekti sayılmaq üçün Media Reyestrindən keçmək lazımdır. Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib. Onun sözlərinə görə, reyestrdən keçməyən media subyektlərinə güzəşt tətbiq edilməyəcək: "Bunun üçün altı ay müddət müəyyənləşib. Hələ vaxta var. Biz Agentlik olaraq vaxt bitdikdən sonra həmin media subyektlərinə fərdi olaraq hər hansı sanksiya tətbiq edə bilmərik. Belə hal yaşanarsa, “Media haqqında” qanunun tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldıra bilərik. Bundan başqa Media Reyestrində olmayan subyektlərə güzəştlər tətbiq olunmayacaq. Eyni zamanda media subyektinin fəaliyyəti məhkəmənin qərarından asılı olacaq", - deyə agentlik rəhbəri vurğulayıb.
12-01-2023, 17:11
Vardanyandan etiraf - “Yaxşı ətimiz və taxılımız var..”


Vardanyandan etiraf - “Yaxşı ətimiz və taxılımız var..”

Qarabağdakı separatçı-terrorçu dəstənin qondarma “dövlət naziri” Ruben Vardanyan Amerikanın “The American Conservative” jurnalına müsahibə verib. Müsahibəni erməni milyarderdən jurnalın analitiki Söhrab Əhməri alıb. Müsahibədə Vardanyan erməniləri dünyanın ən qədim xristian xalqı və ilk müasir soyqırımın qurbanı kimi təqdim edərək, Azərbaycan əleyhinə hədyanlar səsləndirib. Ruben Vardanyan Laçın yolunun bağlanması ilə Qarabağ ermənilərinin bir aydır blokada şəraitində yaşadıqlarını söyləməklə ermənilərə məxsus saxtakarlıq xislətini bir daha nümayiş etdirib. Müsahibənin əvvəlində “yeməyimiz, dərmanımız, yanacağımız yoxdur... vəziyyət həqiqətən də ağırdır” deyən milyarder daha sonra kifayət qədər ət və taxıla malik olduqlarını etiraf edir.
Söhrab Əhməri: - Aclıq təhlükəsi varmı? Sizin nə qədər ehtiyatınız var? Nə qədər davam edəcək?
Ruben Vardanyan: - Bizim uzun illər ərzaq topladığımız anbarlarımız var. Bundan əlavə, “Artsaxın” zəngin yer olduğunu unutmayın. Yaxşı ətimiz və taxılımız var. Yəni əsas qidamız var, aramızda aclıq başlamadı, amma hər şeyimiz yoxdur. Bizdə tərəvəz yoxdur. Uşaqlar normal qida qəbul etmirlər, düzgün qidalanmırlar, bu da onların inkişafı üçün zərərlidir. Təbabətə gəlincə, Qırmızı Xaç bizə müəyyən dərəcədə kömək edir, lakin təbii ki, davam edən problemlərimiz var...
Göründüyü kimi, erməni milyarder gah aclıqdan dəm durur, gah da “yaxşı ətimiz, taxılımız var” deyir – yəni, nala-mıxa vurmaqla yalan danışdığını etiraf edir.
12-01-2023, 17:03
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Gecə şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
12-01-2023, 16:44
Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət etdi


Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaşayan ermənilərə müraciət edib. Paşinyan hökumətin iclasında Azərbaycanın QHT nümayəndələrinin və ekofəalların Laçın yolunda keçirdiyi aksiyadan danışıb. O bildirib ki, Qarabağ erməniləri Laçın yolu ətrafında baş verən hadisələrə təminlə yanaşmalı, prosesləri təhlil etməlidir. Bundan əlavə, baş nazir Qarabağ ermənilərini, xüsusilə də separatçıları vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb. O, eyni zamanda Azərbaycanla dialoqun vacib olduğunu vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının bir ayı tamam olur. Dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq otuz ikinci günüdür.
11-01-2023, 23:21
Laçın yolundan qanunsuz fəaliyyətlər üçün istifadə edilir - Ceyhun Bayramov


Laçın yolundan qanunsuz fəaliyyətlər üçün istifadə edilir - Ceyhun Bayramov

"Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilir". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının Şura Məclisində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Faiz Bin Abdulla Əl-Şəhri ilə görüşündə bildirib. Nazir Laçın yolunda azərbaycanlı fəalların etirazlarının səbəblərini qarşı tərəfin diqqətinə çatdırıb. Bundan əlavə, son 2 ildə Ermənistanın çoxsaylı təxribatları, o cümlədən erməni silahlı qüvvələrini ərazilərimizdən tam çıxarılmaması, Laçın yolundan qeyri-qanuni fəaliyyətlər və mina təhdidlərinin davam etməsi üçün istifadə edilməsi barədə məlumat təqdim edilib. C.Bayramov həmçinin, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, ölkəmizin ərazilərinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı barədə qarşı tərəfə məlumat verib. Bu xüsusda, Səudiyyə Ərəbistanının 30 il ərzində ölkəmizə dəstəyi məmnunluqla vurğulanıb. Həmçinin Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması istiqamətində atdığı addımlar və təşəbbüslər, habelə işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri və həyata keçirilən layihələr barədə qarşı tərəf məlumatlandırılıb.
11-01-2023, 23:07
Putin iranlı həmkarı ilə bir sıra məsələləri danışdı


Putin iranlı həmkarı ilə bir sıra məsələləri danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı enerji, nəqliyyat və logistika sahələrində qarşılıqlı layihələrin həyata keçirilməsi müzakirə edilib. Dövlət başçıları Suriya nizamlanmasında əsas rol oynayan Astana prosesi çərçivəsində koordinasiyanı müsbət qiymətləndiriblər.
11-01-2023, 23:01
Polşa prezidenti Ukraynaya hərbi yardım vəd etdi


Polşa prezidenti Ukraynaya hərbi yardım vəd etdi

Lvovda səfərdə olan Polşa prezidenti Anjey Duda ölkəsinin Ukraynaya “Leopard 2” tanklarını təhvil verəcəyini bildirib. O, bunun beynəlxalq koalisiya çərçivəsində həyata keçiriləcəyini deyib. “Biz qərara gəldik ki, Polşa tərəfinin bu cür dəstəyi Ukraynaya verilsin. “Leopard” tanklarından ibarət qrup beynəlxalq koalisiyanın tərkibində təhvil veriləcək”, - deyə Polşa prezidenti vurğulayıb. Qeyd edək ki, Polşada 240-dan çox "Leopard 2" tankı var.
11-01-2023, 22:55
3 ölkə arasında bəyənnamə imzalandı


3 ölkə arasında bəyənnamə imzalandı

Ukraynanın Lvov şəhərində Polşa, Litva və Ukrayna dövlət başçılarının üçtərəfli görüşü keçirilib. Bu barədə "Unian" agentliyi məlumat yayıb. Görüş Polşa prezidenti Anjey Duda və Litvanın dövlət başçısı Qitanas Nausedanın Ukraynaya səfəri çərçivəsində baş tutub. Bildirilib ki, tərəflər birgə bəyannamə imzalayıblar.
11-01-2023, 18:13
Hərbiçi qardaşlarımıza yardım etmək insanlıq borcumuzdur - Ərdoğan


Hərbiçi qardaşlarımıza yardım etmək insanlıq borcumuzdur - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan hərbçilərinin Türkiyədə müalicə almasından danışıb. Ərdoğan bu barədə Beynəlxalq Ombudsmanlar Konfransında çıxışı zamanı söz açıb. "Biz Rusiya və Ukraynaya yaralılar üçün humanitar dəhliz açılması təklifini vermişik. Sadəcə Rusiya-Ukrayna deyil, eyni zamanda Suriyadan, Azərbaycandan, Liviyadan yaralıları gətirib müalicə edib geri göndəririk. Bu, bizim insani borcumuzdur", - deyə o bildirib. O qeyd edib ki, Türkiyə Cənubi Qafqazda qeyri-sabit vəziyyətin aradan qaldırılmasına töhfə verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!