“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
11-01-2023, 17:24
Erməni deputatdan Paşinyanın yalan söyləməsiylə bağlı ittiham


Erməni deputatdan Paşinyanın yalan söyləməsiylə bağlı ittiham

Ermənistan parlamentinin deputatı, insan haqları və ictimaiyyətlə əlaqələr komissiyasının sədri Taquhi Tovmasyan baş nazir Nikol Paşinyanı xalqı aldatmaqda ittiham edib. Deputat dünənki mətbuat konfransı zamanı Paşinyanın itkin düşən hərbçilərlə bağlı yalan danışdığını söyləyib. O bildirib ki, 44 günlük müharibədə itkin düşənlərin - hələ də tapılmayan təxminən 200 hərbçinin axtarışları ötən ilin yanvarından dayanıb. "Paşinyan təəssüf ki, hər şeylə məşğul olduğu barədə rəy yaratmaq istəyir", - erməni deputat şikayətlənib. Qeyd edək ki, Ermənistan baş naziri dünənki mətbuat konfransında itkin düşən hərbçilərlə bağlı suala cavabında axtarışların davam etdirildiyini bildirmişdi.
11-01-2023, 17:21
İranda keçirilən aksiyalarda 520 etirazçı öldürülüb


İranda keçirilən aksiyalarda 520 etirazçı öldürülüb

İranda keçirilən etiraz aksiyalarında 520 nəfər həlak olub. Bu barədə ABŞ mərkəzli İranda Hüquq Müdafiəçiləri təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 70-nin yaşı 18-dən az olan şəxslərdir. Məlumata görə, aksiyalarda 19 396 nəfər həbs olunub. Onlardan 4888 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunan şəxslərdən 708 nəfəri tələbədir. Ümumilikdə nümayişlərə 144 universitetin tələbələri qoşulub. Bundan əlavə, ölkənin 163 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 68 nümayəndəsi öldürülüb.
11-01-2023, 16:26
ABŞ prezidenti tapılan məxfi sənədlərlə bağlı açıqlama verdi


ABŞ prezidenti tapılan məxfi sənədlərlə bağlı açıqlama verdi

ABŞ prezidenti Co Bayden əvvəllər çalışdığı beyin mərkəzində tapılan məxfi sənədlərdən danışıb. O, sənədlərdən xəbərsiz olduğunu bildirib. "Bu məlumatı öyrənəndə təəccübləndim. Həmin sənədlərin məzmunundan xəbərsiz idim. Bunu bilmirdim", - deyə ABŞ prezidenti bildirib. Qeyd edək ki, Baydenlə əlaqəli beyin mərkəzində onun vitse-prezident olduğu dönəmdə istifadə etdiyi xidməti kabinetdən gizli dövlət sənədləri aşkarlanmışdı. Respublikaçılar 2017-2019-cu illərdə Baydenin oturduğu otaqdan tapılan məxfi materialları onun oğurladığını iddia edirdilər.
11-01-2023, 16:24
Ceyhun Bayramov ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə etdi


Ceyhun Bayramov ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə etdi

Yanvarın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə danışıq zamanı tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyini və bölgədə cari vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycan tərəfinin bir sıra konstruktiv təşəbbüslərinə baxmayaraq, Ermənistan tərəfindən prosesə davamlı əsasda müxtəlif təxribatlarla maneçilik törədildiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulmasına, Laçın yolundan hərbi təxribatlar, o cümlədən minaların qanunsuz daşınması və yerləşdirilməsi, qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin talanması, üçüncü ölkə vətəndaşlarının qanunsuz keçidi məqsədilə istifadə olunması kimi faktlara vurğu edilib. Ərazilərimizin 30 ilə yaxın davam etmiş işğalı zamanı və son dövrlər intensivləşmiş qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyasının haqlı tələblərinin hələ də yerinə yetirilmədiyi qeyd olunub. Nazir Ceyhun Bayramov guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin “blokada”ya alınması, bölgədə “humanitar fəlakət” yaranması barədə iddiaların tamamilə əsassız olduğunu bildirib. Gündəlik əsasda çox sayda Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya sülhməramlı kontingenti və digər humanitar məqsədli nəqliyyat vasitələrinin yoldan istifadə etdiyi barədə məlumat verilib. Erməni sakinlərin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə ermənilərə yardım göstərmək niyyətləri barədə Azərbaycan tərəfinin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə qarşı olması faktları diqqətə çatdırılıb. Azərbaycan tərəfinin dialoqa sadiqliyi və bölgədə sülhün bərqərar olması istiqamətində səyləri artırmağa daim hazır olduğu vurğulanıb. Tərəflər habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
10-01-2023, 22:33
Qalibiyyətimiz Fransanı qıcıqlandırdı - İlham Əliyev


Qalibiyyətimiz Fransanı qıcıqlandırdı - İlham Əliyev

Bizim müharibədə qalib gəlməyimiz Fransada bir çoxlarını çox qıcıqlandırdı. İndi keçmişə nəzər saldıqda görürük və bir daha əmin oluruq ki, Minsk qrupu, xüsusilə Fransa hər vəchlə çalışır bu məsələ öz həllini tapmasın. Biz bununla barışmadıq və hesab edirəm, belə anti-Azərbaycan mövqeyinin əsas səbəbi budur ki, biz onların planlarını alt-üst etdik və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilmədilər. Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib. Dövlətimizin başçısı qeyd edib ki, mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Mən ümid edirəm, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki biz həmişə öz siyasətimizdə ancaq dostluq niyyəti ilə onlarla əməkdaşlıq etmişik. “Mən bu yaxınlarda qapalı bir görüşdə demişəm ki, Fransa bizsiz yaşaya bilər, biz də Fransasız yaşaya bilərik, heç onlar da hiss etməzlər, biz də hiss etmərik. Amma budur yol, bu, onların seçimidir və biz yenə də onlara qarşı heç nə etməmişik. Sadəcə olaraq, müharibə dövründə cavab vermişik. Mən indi müharibə dövründə olan yüksək səviyyəli təmaslar haqqında bir şey demək istəmirəm, bu, qapalı söhbətlər əsnasında olmuşdur. Amma müharibə dövründə, necə deyərlər, çox gərgin münasibətlərimiz olmuşdur. Müharibə dövründə Fransa bizi açıq-aydın ittiham edirdi, bizə şər atırdı, böhtan atırdı. İndi mən onlardan üzrxahlıq tələb edirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
10-01-2023, 22:31
Ukraynadan alınan raket kompleksini geri qaytarmayacayıq - Gürcüstan rəsmisi


Ukraynadan alınan raket kompleksini geri qaytarmayacayıq - Gürcüstan rəsmisi

Gürcüstan Ukraynadan “Buk” zenit-raket komplekslərini 2008-ci ildə alıb və pulsuz almadığı üçün onları qaytarmayacaq. Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovun sözlərinə görə, Kiyev Gürcüstandan “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib. Diplomat bildirib ki, rəsmi Kiyev Tbilisidən Gürcüstanın ABŞ-dan aldığı “Javelin” tank əleyhinə raket komplekslərinin də təhvil verilməsini istəyib. Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili raket sistemlərinin Ukraynaya verilməməsini xəyanət adlandırıb. "Buk” sistemlərinin Ukraynaya verilməsindən imtina etmək ayıbdır. Prezident Yuşenkonun yardımı ilə biz onları həmin dövrdə minimal qiymətə aldıq. Yanukoviç hakimiyyətə gəldiyi zaman "Buk"un Gürcüstana verilməsinə görə, Yuşenkoya qarşı məhkəmə işi açıldı və onlar bunu Rusiyanın təlimatları ilə etdilər", - eks-prezident deyib.
10-01-2023, 22:26
Prezident Laçın-Xankəndi yolundakı aksiyaya fikir bildirdi


Prezident Laçın-Xankəndi yolundakı aksiyaya fikir bildirdi

Bu gün Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib. Dövlət başçısı müsahibə zamanı Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiyadan da danışıb. Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

[media=https://youtu.be/ZpICvwiIKko]
10-01-2023, 22:19
Almaniyanın xarici işlər naziri Xarkova səfər etdi


Almaniyanın xarici işlər naziri Xarkova səfər etdi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Xarkova gözlənilmədən səfər edib. Səfər təhlükəsizlik baxımından gizli saxlanılıb. Berboku Xarkovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksiy Makeyev müşayiət edib. Kuleba ilə görüşdən əvvəl verdiyi açıqlamada xanım Burbok Ukraynaya dəstək ifadə edib. O, Ukrayna Silahlı Qüvvələrinə daha çox silah vəd edib.
10-01-2023, 22:15
Delimitasiya məsələsi Ermənistanı maraqlandırmalıdır - İlham Əliyev


Delimitasiya məsələsi Ermənistanı maraqlandırmalıdır - İlham Əliyev

"Delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır". Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. "Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır", - deyə Prezident çıxışında vurğulayıb.
10-01-2023, 22:09
Yeni idarəetmə modeli üzərində işləyirik - İlham Əliyev


Yeni idarəetmə modeli üzərində işləyirik - İlham Əliyev

“Biz indi yeni idarəetmə modeli üzərində işləyirik. Əlbəttə, kadr potensialı çox önəmlidir. Amma eyni zamanda, azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış strukturlar yaradılıb”. Bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı deyib.“Bu təcrübəni sonra tədricən ölkəmizin digər hissələrinə keçirəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!