Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 1-11-2013, 17:55
Türkiyə prezidenti  İranın Xarici İşlər nazirini qəbul edib



Türkiyədə səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident Abdulla Gül ilə görüşüb. İRNA-nın verdiyi məlumata görə, İstanbulda keçirilən görüşdə ikitərəfli əlaqələr, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmi şəxslər iştirak edib.

M. Zərif İranın Türkiyə ilə əlaqələri daha da inkişaf etdirmək və genişləndirmək arzusunda olduğunu bildirib: “İki ölkə arasındakı əlaqələr xeyli dərin və qardaşyanadır. Biz İranla Türkiyə arasında mövcud əlaqələrin daha da genişləndirilməsində maraqlıyıq. Bunda İranın ali dini lideri, prezidenti və hökuməti də istəklidir”.

A. Gül isə öz növbəsində Həsən Ruhaninin prezident seçilməsindən sonra dünyada İranın imici üçün müsbət ab-hava yarandığını və ölkəsinin bundan məmnun qaldığını deyib. O, iranlı həmkarını ölkəsinə səfərə dəvət edib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!