İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 9-05-2016, 11:23
Rusiyada ev yanıb - 9 ölü



Ölənlərin 5-nin uşaq olduğu bildirilir.

Rusiyanın Sverdlovsk vilayətində dəhşətli yanğın baş verib.

Butov.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hadisə zamanı azı 9 nəfər dünyasını dəyişib. Yanğın Sverdlovskun Suxoy Loq şəhərində qeydə alınıb.

"Bizim məlumatlarımıza görə, yanğın nəticəsində 9 nəfər həlak olub. Hadisə zamanı evdə ailə üzvləri və qonaq gələn bir kişi olub. Yanğın zamanı bir nəfər xilas ola bilib. Çox güman ki, yanğına səbəb hamamdakı qızdırıcı səbəb olub”, -deyə Sverdlovsk Vilayəti üzrə sığorta idarəsinin mətbuat xidmətindən bildiriblər.

Daxili İşlər Nazirliyinin Sverdlovsk Vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən isə hadisə nəticəsində 5-i uşaq olmaqla səkkiz nəfərin həlak olduğunu bildirdilər.

Vilayət prokurorluğu yanğın faktına görə yoxlama aparacağını açıqlayıb.

Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 109-cu (Ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət başlanıb.

Yanğının ümumi sahəsi 100 kv. m olub. Hadisə yerinə 21 xilasedici və 8 texnika cəlb edilib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!