Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 13-05-2016, 14:30
Yunanıstana miqrant axını 90 faiz azalıb



Avropa İttifaqı (Aİ) və Türkiyə arasında imzalanmış miqrasiya böhranından çıxış və Avropanın xarici sərhədlərinin qorunması tədbirlərinə dair saziş Yunanıstanın adalarına gələn qanunsuz miqrantların sayının kəskin azalmasına səbəb olub.

Butov.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Frontex" Sərhədlərin Nəzarəti üzrə Avropa Agentliyinin məlumatında deyilir.

Aprel ayı ərzində Yunanıstana gələn qanunsuz miqrantların sayı 90% azalıb. Bu dövr ərzində Yunanıstana 2,7 mindən az insan daxil olub.

"Frontex" hesab edir ki, bu, Türkiyə ilə imzalanmış sazişin, həm də Makedoniya tərəfindən sərhəd keçidi şərtlərinin sərtləşdirilməsinin nəticəsidir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına əsasən, ilin əvvəlindən mayın 11-nə kimi Avropaya Aralıq dənizi vasitəsilə 188 mindən çox miqrant və qaçqın gəlib.

Yanvar-mart ayları ərzində Yunanıstana 155 765, İtaliya - 31 219, İspaniya - 1063, Kiprə isə 28 miqrant və qaçqın gəlib. Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 1300 nəfəri keçib.

Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan gəlir. Onların arasında Pakistan və İran vətəndaşları da var.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!