Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 15-09-2015, 10:08
Avropada miqrantların dramı davam edəcək


120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi qərarın qəbulunu oktyabradək təxirə salıb.

Avropa İttifaqı (Aİ) ölkələri miqrant qəbulu barədə razılığa gələ bilməyiblər.

Butov.az ANS PRESS-in məlumatına əsasən xəbər verir ki, 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi barədə qərarın qəbulunu oktyabradək təxirə salıb.

Bu, Avropa İttifaqının daxili işlər nazirlərinin ötən gün miqrasiya problemlərinə həsr olunmuş görüşündən sonra məlum olub. "Aİ Şurası Avropa Parlamentini Şuranın 8-9 oktyabr tarixlərində ədliyyə və daxili işlər nazirləri üzrə növbəti iclaslarında bu qərarın qəbul edilməsi məqsədi ilə təcili qaydada problem üzrə öz mövqeyini formalaşdırmağa dəvət edib", - deyə Aİ-yə sədrlik edən Lüksemburqun rəsmi məlumatında bildirilir.

İlin əvvəlindən Avropa İttifaqı ölkələrinə təqribən yarım milyon qaçqın üz tutub.

Yaxın Şərqdə baş verən silahlı münaqişələrdən canlarını qurtarmaq üçün Avropa ölkələrinə üz tutan insanlar Aralıq dənizində təhlükəli səfərə çıxırlar. Rəsmi məluatlara görə bu ilin altı ayı ərzində 2 mindən çox miqrant dənizin sularında canını qurban verib.

Son qəzada Egey dənizində içərisində miqrantlar olan qayıqın batması nəticəsində 34 nəfər ölüb. Farmakonisi adası yaxınlığında baş verən hadisə zamanı ölənlərin 15-i uşaq olub. Xilasedicilər sudan 4 körpə, 6 oğlan və 5 qız uşağı, həmçinin 10 qadın və 9 kişi cəsədi çıxarıblar.

Belə bir gərgin vəziyyətdə isə Macarıstan Serbiya ilə sərhədlərin hasarlanması işlərini tamamlayıb. Sərhədə çəkilən tikanlı məftillə əhatə olunmuş hasarın uzunluğu 175 kilometr təşkil edir.
Bu gündən isə Macarıstan polisinə ölkəyə qeyri-leqal yollarla daxil olan miqrantları həbs etməyə icazə verən qanun qüvvəyə minir.

Yeni qanuna görə, Serbiya ilə sərhəddə çəkilən maniələri zədələyən hər bir miqranta üç il həbs cəzası veriləcək. Macarıstan höküməti həmçinin Reske şəhəri ərazidə miqrantların Avropaya keçmək üçün istifadə etdiyi dəmiryol xəttinini bağlayıb.

Daha əvvəl Avstriya sərhəddə yoxlamaları sərtəşdirmişdi.

Avstriya ərazisindən Almaniyaya gedən dəmir yolunu bağlayıb. Qaçqınların arasıkəsilməyən axının qarşısını almaq üçün Çexiya, Niderlandlar, Slovakiya və Polşa öz sərhədlərində nəzarəti gücləndiririb.
Dünya güclərinin Yaxın Şərqdə və Şimali Afrikada üz-üzə gələn maraqları Avropanın hələ üzün müddət miqrant axınına məruz qalacağından xəbər verir. Miqrantların əksəriyyətinin üz tutduğu Avropa ölkələrinin çoxunda isə onlar arzuolunmazdırlar. Yerli sakinlər miqrantların gəlişi ilə ölkələrində cinayətkarlığın, işsizliyin artacağını düşünürlər


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!