Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-09-2015, 14:30
Qərbin anti-miqrant şouları


Gəlmələri gözdən salmaq üçün sosial şəbəkələrdə dezinformasiyalar və montaj edilmiş fotolar yayılır


Butov.az Olaylar saytına istinadən bildirir ki, Qərbin Yaxın Şərqdə həyata keçirdiyi siyasət nəticəsində region böyük müharibə meydanına çevrilib, bu coğrafiyada yerləşən ölkələrin ərazi bütövlüyü pozulub. Hakimiyyətlərin hərbi yolla devrilməsi milyonlarla insanı da öz ev-eşiyindən didərgin salıb. Ölüm və aclıqdan, işsizlikdən qurtulmaq, daha yaxşı şəraitdə yaşamaq istəyən insanlar Avropa məkanına üz tutmağa başlayıblar. Birdən-birə bu qədər qaçqın axınının yaranması isə təbii olaraq bir çox Avropa ölkələrini ciddi problemlərlə üz-üzə qoyub. Daha doğrusu, məhz həmin Avropa ölkələrinin də dəstək verdikləri təcavüzkar siyasət, hakimiyyətlərin inqilablar yolu ilə dəyişdirilməsi planı onların özləri üçün başağrısına çevrilib. Daim humanizm, demokratiya kimi dəyərləri təbliğ edən bu dövlətlər vəziyyətdən çıxış yolu kimi həmin miqrantları öz ərazilərinə buraxmamaq qərarına gəliblər. Lakin Avropa İttifaqı dünən miqrantların qəbul edilməsi ilə bağlı kvota müəyyən edib. Bu qərar miqrantlara ümid verib ki, üz tutduqları ölkələrdə yaşamaq arzusuna çatsınlar. Ancaq dünən Qərb mediası, eləcə də Avropada yaşayan sosial şəbəkə istifadəçiləri miqrantlarla bağlı heç də xoş olmayan xəbərləri, fotoları yaymağa başlayıblar. Həmin fotolarda, xəbərlərdə Yaxın Şərq və Şimali Afrika ölkələrindən gələn miqrantların pintiliyi, ətrafı zibilləməsi, polislə münaqişəyə girməsi və sair bu kimi hallar ictimailəşdirilib. Bununla da Avropanın həmin insanlara qucaq açmamasına bəraət qazandırmağa cəhdlər olunub.

Miqrantlarla bağlı bu kimi xəbərlər yayılarkən onlara qarşı alçaldıcı ifadələr işlədilib, son ümidi Avropa ölkələrinə getmək olan bu insanlar təhqir olunublar. Polisin zorakılığı bir yana, avropalı bəzi media mənsubları da çarəsiz insanlara əl qaldırmaqdan çəkinməyiblər. Misal üçün, Macarıstan ərazisindən digər Avropa ölkələrinə keçmək istəyən miqrantlara qarşı vəhşilikləri əks etdirən videokadrlar dünəndən etibarən internetdə geniş yayılmağa başlayıb. Həmin kadrlarda polis əlindəki rezin dəyənəklə miqrantlara fiziki və psixoloji təzyiq göstərir, onları təqib edir. Hətta həmin kadrların birində polis qucağında körpə uşaq olan atanı saxlamağa çalışır. Lakin ata uşağını da qucaqlayıb qaçır. Bu zaman əlində kamera çəkiliş aparan qadın jurnalist çirkin bir hərəkətə əl atır. O, çarəsiz, qorxu və həyəcan içində qaçan ataya badalaq atır. Nəticədə ata müvazinətini saxlaya bilməyib üzü üstə yerə - uşağın üzərinə yıxılır. Öz dilində buna etiraz edən ataya əhəmiyyət belə verməyən tərbiyəsiz media nümayəndəsi çəkilişini davam etdirir.

Sosial şəbəkədə isə miqrantların Avropa ölkələrinə buraxılmamasına bəraət qazandıran dezinformasiyalar yayılmağa, montaj olunmuş fotolar paylaşılır. İddia olunur ki, terrorçular qaçqın adı ilə Avropaya soxulurlar. Misal üçün, həmin fotoların birində guya özünü miqrant kimi göstərməyə çalışan keçmiş İslam Dövləti (İD) döyüşçüsü əks olunub. Facebookda yayılan bu şəkil “əvvəl və sonra” formasında olan iki fotodan ibarətdir. Birinci fotoda hərbi geyimli, kamuflyaj şalvarlı, saqqallı kişi çiynində avtomatla təsvir olunub. Digər fotoda isə bir oxşar görünüşlü, üzü qırxılmış formada olan şəxsin yay maykasında və çiyninə çanta asdığını görürük. Altdakı yazıda isə fotonun “Makedoniya sərhədi”ndə çəkildiyi bildirilir. Şəklin alt yazısında isə belə bir qeyd verilir: “Bu oğlanı tanıyırsınız? Keçən il İŞİD, indi isə “qaçqın”. Biz hərif deyilik!”.

Son günlərdə yalnız bir Facebook hesabında bu şəkil 70000 dəfədən çox paylaşılıb. Bu, həmçinin Twitter səhifələrində də yayılıb və bir neçə min insan buna şərh yazıb. İD döyüşçülərinin Avropadakı cari miqrant böhranı zamanı baş verən xaosdan istifadə etmək ehtimalı Avropa İttifaqı rəsmiləri və digərləri tərəfindən irəli sürülüb. Halbuki vəziyyət tamam başqadır. Sığınacaq axtaran şəxslər arasında döyüşçüləri varsa belə, fotoda görünən şəxs onlardan biri deyil. Faktiki olaraq, bir sığınacaq axtaran şəxslə müqayisədə onun şəxsiyyəti çox dərindən araşdırılıb. Müəyyən edilib ki, onun adı Laith Al Salehdir və o, Azad Suriya Ordusunun komandiri olub, vətəndaş müharibəsindən əvvəl yaşadığı Hələb şəhərində suvaqçı kimi çalışıb. Saleh “Associated Press” xəbər agentliyinə vaxtilə verdiyi açıqlamasında belə bir fikir səsləndirib: “Şəhərin 70 faizi məhv edilib. Suriyada “Əl-Qaidə”, İslam Dövləti və hökumət məni axtarırdı, mən onların hamısına qarşı mübarizə aparırdım. Mənim vecimə deyildi. Bəzi insanlar qorxurdu, amma mən yox”.

“Associated Press” Laith Al Salehlə bağlı xəbəri çap etdirdikdən sonra onun yanaşı qoyulmuş iki şəkli “The Atlantic” internet səhifəsi tərəfindən montaj edilib. Bu səhifədə isə Saleh “Suriyalı üsyançıların keçmiş komandiri” kimi verilib. Bunun ardınca onun şəkilləri Twitter və Facebook səhifələrində yayılıb və şəklin altında Salehin Suriyada döyüşdüyü barədə informasiya bilərəkdən təhrif edilib.
Sadalanan faktlardan da göründüyü kimi, Qərb dövlətləri miqrantlara öz ərazilərində yer verməmək üçün ən müxtəlif vasitələrə, onlara qarşı fiziki və mənəvi zorakılığa, qəddarlığa, hətta yalan təbliğata əl atmaqdan belə çəkinmir. Bu isə bəşəri dəyərləri özünün təbliğat vasitəsinə çevirən Avropanın əsl simasını ortaya qoyur.

Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!