Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                        Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim" .....                        Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi? .....                        Həbs edilən icra başçısı bu məmurun dayısı imiş .....                        “Yuevntus”un yeni baş məşqçisi məlum oldu .....                        TİKA sədri Hikmət Hacıyevlə görüşdü .....                       
Tarix : 24-01-2014, 12:31
493 nəzarətçinin işinə xitam verilib
TQDK 493 nəzarətçi müəllimin işinə xitam verib

“Ötən il keçirilmiş qəbul imtahanlarına 6105 müəllim cəlb olunub. Onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə, 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib”.

Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib. O qeyd edib ki, köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib.

“İndiyə kimi TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə fərqlənən 1 571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanla təltif edilib.Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzarətçilər bazasına ümumilikdə 15 minə yaxın nəzarətçi-müəllim daxildir. 2013-cü ildə keçirilmiş 9 illik ümumi və 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında müvafiq olaraq 10 126 nəfər və 7 726 nəfər nəzarətçi-müəllim cəlb olunub”.

TQDK sədri qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 620 min nəfər imtahandan keçirilib. “100 nəfər TQDK-nın mərkəzi aparatı və 26 nəfər regional bölmənin işçiləri bu işin öhdəsindən gələ bilməzdilər. Bu kütləvi prosesi həyata keçirmək üçün müəyyən idarəetmə üsulu qurulub. İmtahan prosesini yalnız TQDK deyil, ictimaiyyət idarə etdir. Ölkədə tətbiq edilən dövlət ictimai idarəetmə üsulu vasitəsilə imtahanı idarə edən, normal əhval-ruhiyyə yaradan, abituriyentə diqqətlə yanaşanlar əsasən nəzarətçi müəllimlərdir”.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!