Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 16-06-2017, 19:51
Avropa İttifaqının komissarı: “Bakı Limanı Avrasiya ölkələri arasında ticarətə yeni təkan verəcək”

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Azərbaycana səfəri çərçivəsində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ilə tanış olub.

Butov.az xəbər evrir ki, limandan AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində qonağa yeni Bakı Limanı və onun ətrafında qurulmaqda olan Azad Ticarət Zonasının (ATZ) Azərbaycana verəcəyi töhfələr barədə məlumat verilib. Yohannes Han, həmçinin limanın ərazisi, beynəlxalq standartlara uyğun prosedurlar, o cümlədən gömrük, sərhəd, bankçılıq xidmətləri, TIR-lar üçün yaradılmış şəraitlə əyani tanış olaraq, bərə terminalına baxış keçirib.

Görüş zamanı qonağa məlumat verilib ki, yeni Bakı Limanının tikintisinin birinci fazası bitdikdən sonra yükaşırma qabiliyyəti 15 milyon ton olacaq. Tikintinin ikinci və üçüncü fazaları yekunlaşandan sonra isə liman 25 milyon ton yük, o cümlədən 1 milyon TEU konteyner aşıra biləcək.

Komissar Yohannes Han ölkəmizə səfəri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə səfər etməsini vacib hadisə kimi dəyərləndirib. O, Bakı Limanının Mərkəzi Asiyaya çıxış qapısı olduğunu, Avropa İttifaqının (Aİ) qonşuluq siyasətində mühüm yer tutduğunu vurğulayaraq qeyd edib ki: “Avrasiya məkanında mühüm nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Limanı məni heyran etdi. Bu liman Azərbaycanla bütün region və Avrasiya ölkələri arasında ticarətə yeni təkan verəcək. Qeyd olunan layihə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin qəbul etdiyi iqtisadi islahatlar haqqında yol xəritəsinin xoş səylərini nümayiş etdirir.”

Bakı Limanının baş direktoru Taleh Ziyadov liman ətrafında qurulmaqda olan ATZ-nin Avropa İttifaqı şirkətləri və investorları üçün ideal logistika, paylaşdırma və istehsalat mərkəzi olduğunu vurğulayıb. Qeyd edilib ki, zonada neft-kimya, əczaçılıq, maşınqayırma, tekstil və sair sahələrdə istehsalatın qurulacağı planlaşdırılır. Eyni zamanda, ATZ-nin xüsusi qanunvericiliklə tənzimlənəcəyi nəzərdə tutulur.

Baş direktor T. Ziyadov bildirib ki, Azərbaycanın böyük hab konsepsiyası hazırda İpək Yolu layihəsində iştirak edən müxtəlif ölkələrin diqqət mərkəzindədir və bu konsepsiyaya maraq olduqca yüksəkdir. İnanıram ki, Ələt ATZ Mərkəzi Asiya, Çin, Türkiyə, İran, Hindistan, Pakistan, Rusiya kimi ölkələrlə ticarət əlaqələri quran Avropa investorları və şirkətləri üçün mühüm əlaqələndirici məkan olacaq.

Xatırladaq ki, Bakı Limanı Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. İttifaq ilə Bakı Limanı arasında yeni Bakı Limanının və Ələt Azad Ticarət Zonasının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dəstək adlı layihə sənədi imzalanıb. Layihə çərçivəsində digər tədbirlərlə yanaşı Aİ-nin Hamburq, Koper və Trieste kimi qabaqcıl limanlarına təlim səfərləri təşkil olunmuş və təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, Bakı Limanının müasir və şəffaf prinsiplərə söykənən iş rejimi, “yaşıl” və “smart” texnologiyalardan istifadəsi Avropa İttifaqı tərəfindən dəstəklənir.
Avropa İttifaqının komissarı: “Bakı Limanı Avrasiya ölkələri arasında ticarətə yeni təkan verəcək”


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!