Zelenski Trampa qarşı çıxdı .....                        Ərdoğandan Alyaska görüşünə reaksiya .....                        Tramp Avropa liderləri və Zelenskini Vaşinqtona çağırdı .....                        Putin Trampdan nə istəyib? .....                        Pakistanda güclü daşqın - 300 nəfər öldü .....                        Müğənni Rəqsanə HƏBS EDİLDİ .....                        SEPAH generalı Pezeşkianın oğlunu hədəf aldı: “Pantürkist kimi hərəkət edir” .....                        Polisin "dur!" əmrinə tabe olmayan sürücü həbs olundu .....                        Vidadi Babanlı vəfat etdi .....                       
Tarix : 1-06-2017, 18:46
İslam Həmrəyliyi Oyunlarında qalib gələn limançılarla görüş keçirilib

İslam Həmrəyliyi Oyunlarında qalib gələn limançılarla görüş keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 1-də Bakı Limanının baş direktoru Taleh Ziyadov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş və eyni zamanda liman əməkdaşı olan idmançılarımız və məşqçi ilə görüş keçirib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan növlər arasında xüsusi yeri olan zorxana yarışlarında çərxi-tiz növündə bürünc medal, çərxi-çəməni və komanda hərəktləri növündə isə gümüş medal qazanan Orxan Xanlarov eyni zamanda Bakı Limanında mühafizəçi olaraq fəaliyyət göstərir.

Görüşdə iştirak edən digər liman əməkdaşı, Azərbaycanın Yunan-Roma güləşçisi Elvin Mürsəliyev isə (75 kiloqram) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələsində rəqibinə 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Qeyd edək ki, Elvin Mürsəliyevin məşqçisi İlqar Abdulov Yunan-Roma güləşi üzrə yığma komandanın böyük məşqçisi və gənclərdən ibarət komandanın baş məşqçisidir. Eyni zamanda Bakı Limanında baş direktorun müşaviri olaraq fəaliyyət göstərir.

Taleh Ziyadov hər iki idmançını və məşqçini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Vurğulanıb ki, liman işçilərinin fiziki hazırlığının yüksək saxlanılması daim diqqət mərkəzindədir və bundan sonra da yerli və beynəlxalq yarışlarda işçilərin iştirakı dəstəklənəcək.

Daha sonra Bakı Limanı adından onlara hədiyyələr təqdim edilib.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!