“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
Tarix : 6-10-2015, 08:51
VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb


Müdafiə nazirliyindən Butov.az-a xəbər verilir ki, Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb.
Oyunlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli ilk görüşündə ermənistanlı Qarik Harutunyanı ipponla məğlub edib. Ardından o, indoneziyalı və koreyalı rəqiblərini də üstələyərək finala yüksəlib. Həlledici görüşdə Azərbaycan cüdoçusu braziliyalı Felipe Eyci Kitadaya uduzaraq gümüş medal qazanıb.
Yarışda 66 kiloqram çəkidə yarışan Nicat Şıxəlizadə qətərli, qazaxıstanlı və cənubi koreyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda misirli Əli Eyd əl-Yusifiyə məğlub olaraq bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. O, həmin qarşılaşmada əlcəzairli Bilal Lunauçiyə qalib gələrək üçüncü olub.
73 kiloqram çəkili Hüseyn Rəhimli isə çinli, çilili və fransalı rəqiblərinə qalib gəlib. Yarımfinalda cənubi koreyalı Yunq Min Liyə məğlub olaraq təsəlliverici görüşdə iştirak edib. Bu döyüşdə isə idmançımız monqolustanlı Tumennasan Erdenetoqtoxu məğlub edərək üçüncü yeri tutub.
Xatırladaq ki, bundan əvvəl Vüqar Şirinli, Nicat Şıxəlizadə, Hüseyn Rəhimli, Elmar Qasımov və Tural Safquliyevdən ibarət yığma komanda yarışında bürünc medal qazanıb.


VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb


VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb

VI Dünya Oyunlarında Azərbaycan cüdoçuları daha üç medal qazanıb


Butov.az


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!