ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 21-08-2013, 10:10
Azərbaycan güləşçisi dünya çempionu oldu


Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başlayır. Apasport.az-ın məlumatına görə, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb.

50 kq
Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub.

54 kq
Niyazi Məmmədovun ilk görüşündə uduzub və mübarizəni dayandırıb.

58 kq
Zahid Ələkbərzadə Hindistan təmsilçisini (3:0, təmiz qələbə) üstələsə də, Ukrayna güləşçisinə (1:4) uduzub. Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərə qatılıb. Serbiyalı rəqibini (9:4) məğlub edən Zahid Macarıstan güləşçisi ilə bürünc medal uğrunda görüşə çıxıb. Güləşçimiz beşinci olub.

63 kq
Sənan Əlimirzəyev ilk görüşündə Rusiya təmsilçisinə uduzsa da, rəqib finala qədər irəliləyib və güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Macar rəqibini (10:2) üstələyən Sənan növbəti görüşdə qırğız güləşçisinə uduzub və mübarizəni dayandırıb.

100 kq
Ən ağır çəkili pəhləvanların mübarizəsində Adambek Şidukov Belarus (2:1) və Ermənistan (4:4*) güləşçilərini mübarizədən kənarlaşdırıb, gürcü rəqibinə isə uduzub. Gürcüstan təmsilçisi finala yüksəldiyindən Adambek Şidukov təsəlliverici görüşə qatılmaq haqqı qazanıb. Ancaq güləşçimiz bu şansdan yararlana bilməyib və bolqar rəqibinə uduzub.
Mənbə: awf-az.org


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!