Qarabağdakı erməni sakinlərin nümayəndələriylə növbəti görüş keçirildi .....                        Sahibə Qafarova Fransanın qərəzli mövqeyini pislədi .....                        Müdafiə naziri MDB-nin iclasında iştirak etdi .....                        "Şərurun səsi" qəzetinin baş redaktoru vəfat etdi .....                        Ermənistanın Azərbaycana təhvil verdiyi silahların siyahısı açıqlandı .....                        XİN Başçısı Putinin müşaviri ilə görüşdü .....                        DSX erməni generalı “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı .....                        Türkiyə ilə Azərbaycan birgə layihələrin icrası üzrə yol xəritəsi imzaladı .....                        Putin orduya payız çağırışı haqqında fərman imzaladı .....                       
Tarix : 10-10-2015, 15:26
Azərbaycan hərbçilərinin dünya idman oyunlarında iştirakı davam edir


Yarımfinalda Ermənistan təmsilçisini məğlub edən idmançımız dünya çempionu olub
Koreya Respublikasının Munqyeonq şəhərində hərbçilərin VI dünya idman oyunlarında Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun komandası təmsil edir.
Taekvondo üzrə yarışda 87 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Radik İsayev fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Birinci Avropa Oyunlarının çempionu əvvəlcə Ruy Yanqı (Çin), ardınca Ruslan Japarovu (Qazaxıstan) məğlub etsə də yarımfinalda almaniyalı Volker Vodzixə 3:5 hesabı ilə uduzub. Lakin bürünc medal uğrunda görüşdə rusiyalı Yuri Kiriçenkoya qalib gələn dünya çempionumuz mükafatçılar sırasında yer alıb.
Taekvondo üzrə digər yarışa səkkizdəbir final mərhələsindən mübarizəyə qoşulan Ayxan Tağızadə (68 kq) əvvəlcə Harkourt Lordenə (Kanada), ardınca Edqar Kontrerasa (Venesuela) şans verməyərək yarımfinala vəsiqəni təmin edib. Birinci Avropa Oyunlarının qalibi yarımfinalda İtaliya təmsilçisi Kladio Treviso ilə qarşılaşmada da inamlı qələbə qazanaraq finala yüksəlib. Lakin idmançımız həlledici döyüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.
Yunan-Roma güləşi üzrə yarışların ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparıb.
80 kiloqram çəki dərəcəsində yarışlarda iştirak edən yığma komandanın üzvü Rafiq Hüseynov finala vəsiqə qazanıb. İlk görüşdə Estoniyadan Hardo Tutsu məğlub edən (8:2) idmançımız sonra litvalı Yulius Mateuzeviçusa 4:0 hesabı ilə qalib gəlib.
Yarımfinalda Ermənistan idmançısı Sargis Koçaryanla görüş də Rafiq Hüseynovun qələbəsi ilə nəticələnib (4:1) və güləşçimiz finala yüksəlib. Finalda onun rəqibi olan Rusiya təmsilçisi Yevgeni Saleevi 5:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Bununla da R.Hüseynov hərbçilərin VI dünya idman oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.
Azərbaycan hərbçilərinin dünya idman oyunlarında iştirakı davam edir

Yunan-Roma güləşi yarışlarının ikinci günündə Cavid İbrahimli (75 kq) və Soltan İsmayılov (85 kq) xalça üzərinə çıxacaqlar.
Xatırladaq ki, komandamız 1 qızıl, 3 gümüş və 6 bürünc medal qazanmaqla ümumilikdə 10 medala sahibdir.
Yarışlar oktyabrın 11-də yekunlaşacaq.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!