Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 30-06-2017, 19:59
"Problemin həllinə ikili standartlarla yanaşılır" - Artur Rasi-zadə

İyunun 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Bney Bris” (Bnai-Brith İnternational) yəhudi təşkilatının prezidenti Hari Saltzmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Butov.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səmimilik şəraitində keçən görüşdə ABŞ ilə Azərbaycan arasında son vaxtlar mövcud olan xoşməramlı münasibətlər fonunda hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub və bunun üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, hələ XIX əsrdə yaradılaraq, təkcə Amerika yəhudilərinin deyil, ümumən bəşəriyyətin tərəqqisinə xidmət edən qədim tarixə malik “Bney Bris” təşkilatı geosiyasi şərait və iqtisadi potensial baxımından bölgədə mühüm mövqeyi olan, tolerant və multikultural ənənələrə malik Azərbaycanın ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığının bir çox istiqamətlər üzrə dərinləşdirilməsi üçün əlindən gələn köməyi etməyə hazırdır.

Müstəqillik illərində respublikamızın əldə etdiyi siyasi, iqtisadi, sosial, hərbi, mədəni uğurlar barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasi-zadə ölkəmizin qarşısında duran ən ağrılı problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb. Bu barədə qonaqlara ətraflı məlumat verən Artur Rasi-zadə bəzi beynəlxalq qurumlarda problemin həllinə ikili standartlarla yanaşıldığını da təəssüflə vurğulayıb. Baş nazir problemin yalnız hüquqi normalar çərçivəsində, sərhədlərin toxunulmazlığı və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi prinsipləri əsasında həllinə dair Azərbaycan hökumətinin prinsipial mövqeyini qonaqların nəzərinə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!