Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 30-06-2017, 19:43
Bolqarıstan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

İyunun 30-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən birinin də Bolqarıstan olduğunu deyən Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərdən bəhs edib. Bildirib ki, Azərbaycan Bolqarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir. İki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir.

Ziyafət Əsgərov qonaqlara Azərbaycanın həyata keçirdiyi irimiqyaslı iqtisadi layihələr, ölkəmizdə qeyri-neft sektorunun, turizmin inkişafı üçün görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır.

Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verilib.

Görüş üçün təşəkkürünü bildirən Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova qarşılıqlı münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının rolunu qeyd edib. Bildirib ki, siyasi və humanitar sahələrdə münasibətlərimiz yüksək səviyyədədir. İqtisadi münasibətlərimizi isə daha da inkişaf etdirmək lazımdır. Bunun üçün hər iki tərəfdə münbit şərait var.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

X X X

Həmin gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin nümayəndə heyəti ilə görüşüb.

Ziyad Səmədzadə Azərbaycan ilə Bolqarıstan arasında hər zaman yaxşı əlaqələrin olduğunu diqqətə çatdırıb. Səhiyyə, iqtisadiyyat, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirən komitə sədri ölkələrimiz arasında digər sahələrdə də münbit əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Komitə sədri qonaqlara Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stojanova müxtəlif sahələrdə olan əməkdaşlığın Azərbaycan və Bolqarıstan arasında əlaqələrin vacib hissəsini təşkil etdiyini söyləyib. Bildirib ki, bu əməkdaşlıq ölkələrimizin daha da yaxınlaşmasına şərait yaradıb.

Qonaq Bolqarıstanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlardan da danışıb. Söhbət zamanı iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

X X X

Bolqarıstan parlamentinin büdcə və maliyyə üzrə komissiyanın sədri Menda Stojanovanın başçılıq etdiyi nümayəndə heyətinin Milli Məclisin Bolqarıstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvləri ilə də görüşü olub.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədr müavini, işçi qrupun rəhbəri Rauf Əliyev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr yeni müstəvidə inkişaf edib. Biz bir çox sahələrdə, xüsusən də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq mövcuddur. O, qonaqlara parlamentin fəaliyyəti, qəbul edilən sosialyönümlü qanunlar barədə ətraflı məlumat verib.

Sonra Rauf Əliyev Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Qeyd edilib ki, münaqişə nəticəsində bir milyondan artıq soydaşımız öz ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu problem nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyini təhdid edir.

Menda Stojanova parlament müstəvisində fəal əməkdaşlığımızdan söz açıb. Əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib. İqtisadi əlaqələrdən danışan qonaq ildən-ilə ticarət dövriyyəsinin artdığını dilə gətirib. İndiyə qədər ölkələrimiz arasında 70-dən artıq sənədin imzalandığını bildirib. Ölkəmizə dəfələrlə səfər etdiyini deyən xanım qonaq Azərbaycanın çox zəngin təbii ehtiyatlara malik olduğunu qeyd edib.

Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin deputatları Ağacan Abiyev, Xanlar Fətiyev, Mahir Aslanov, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova və digər rəsmi şəxslər iştirak ediblər.
Bolqarıstan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!