"EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                        Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü .....                        Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi .....                        İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı .....                       
Tarix : 13-05-2016, 16:30
İlham Əliyev bolqar nazirlə GÖRÜŞDÜ




Prezident İlham Əliyev mayın 13-də Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Bolqarıstanın Prezidenti Rosen Plevneliyev və Baş nazir Boyko Borisov ilə həm Bolqarıstanda, həm Azərbaycanda keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq bu görüşlərin müntəzəm xarakter daşımasının önəmini qeyd etdi. Əlaqələrimizin uğurla və dostluq ruhunda inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın yaxın dostlarından biri olduğunu dedi. Siyasi sahədə münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə iqtisadi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirdi. Dövlətimizin başçısı Bolqarıstanın "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasında yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edərək "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra olunduğunu vurğuladı.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq planlarını dəstəklədiyinə görə Bolqarıstana təşəkkürünü bildirdi. Avropa İttifaqı ilə danışıqların uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı strateji əhəmiyyət daşıyan əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Ölkələrimiz arasında səmimi, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin önəmini vurğulayan Prezident İlham Əliyev son vaxtlar Bolqarıstan ilə Azərbaycan arasında mədəniyyət sahəsində də fəal əməkdaşlıq aparıldığını qeyd etdi.

Dövlətimizin başçısı Bolqarıstanın xarici işlər naziri Daniel Mitovun ölkəmizə səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlıq etdi. Ölkələrimiz arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayan Bolqarıstanın xarici işlər naziri dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətlərimizin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi və əlaqələrimizi bu istiqamətdə gücləndirməyin zəruriliyini qeyd etdi.

Enerji layihələrindən danışan bolqarıstanlı nazir "Cənub Qaz Dəhlizi" layihəsinin ölkəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq bu layihənin təkcə Azərbaycan ilə Bolqarıstan arasında deyil, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi üçün imkanlar açacağına əminliyini bildirdi.

Görüşdə kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıldı.


Modern.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!