Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 23-09-2015, 14:30
Musiqili Teatrda Moskvalı rəssamdan ustad dərsi


Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji Azərbaycan Dövlət Musiqili Teatrında ustad dərsi keçib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Dmitri Çerbadjinin ustad dərsində Musiqili Teatrın rəssamları, dekor, işıq, butafor sexinin əməkdaşları, modelyer, proqramçı, dizayner və rəhbərliyin nümayəndələri iştirak ediblər. Məşhur rəssam Musiqili Teatrın digər teatrlardan fərqli cəhətləri və xüsusi diqqət tələb edən mühüm məqamlardan bəhs edib. Dmitri Çerbadji hər hansı tamaşanın dekorasiyasının araya-ərsəyə gətiriliməsində rəssamdan tutmuş işıqçıya qədər böyük bir işçi qrupunun üzərinə düşən məsuliyyətdən, bu sahəylə bağlı ən xırda, incə məqamların mühüm əhəmiyyət kəsb etməsindən söz açıb. Səmimi söhbət şəraitində keçən ustad dərsində Dmitri Çerbadji Musiqili Teatrın əməkdaşlarının suallarını cavablandırıb.
Professor Dmitri Çerbadji Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, V.İ. Surikov adına Ali Rəssamlıq İnstitutunun Teatr rəssamlığı şöbəsinin rəhbəridir. 70-dən çox dramatik, opera və balet tamaşalarının quruluşçu-rəssamıdır. Onun quruluş verdiyi tamaşalar MDB dövlətləri ilə yanaşı, Yunanıstan (Afina), Türkiyə (İstanbul), Litva (Vilnüs), Çin və başqa ölkələrin teatrlarında da nümayiş olunub.
Qeyd edək ki, Dmitri Çerbadji 25 sentyabr tarixində Dövlət Musiqili Teatrında premyerası keçiriləcək SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının quruluşçu-rəssamıdır.


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!