“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 8-02-2016, 12:05
VAQİF SULTANLININ «SƏHRA SAVAŞI»  ROMANI NƏŞR OLUNUB



Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının «Səhra savaşı» adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Dövlət Nəşriyyatının nəfis şəkildə çap etdiyi kitaba müəllifin eyniadlı romanı daxil edilmişdir.

Tənqidçi Cavanşir Yusifli kitaba yazdığı «Səhra metaforası» adlı əhatəli və nəzəri ümumiləşdirmələrlə müşayiət olunan ön sözdə romanla bağlı qənaətlərini belə ifadə edir: «Səhra savaşı», hər şeydən öncə mükəmməl planının, yəni kompozisiyasının olması ilə fərqlənir. ...Burada kompozisiyanı açan, onun fəlsəfəsini bəlləyən ən önəmli cəhət isə təhkiyədə müha-kimədən çox, doğulacaq mətləbi detal¬larla vermək, məhz detallar arasın¬dakı assosiativ, birbaşa və şərti-simvolik əlaqələrin qabardılmasıdır. Qeyd etmək lazımdır ki, müəllif təhkiyədə seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən mənada oxucunu da «aldadır», bu isə üslubi keyfiyyət daşıdığından mətnin, onun bətnindəki bədii niyyətin obrazlara proyeksiyalanmasına, obraz və detalların daxilindəki enerjinin dışarı çıxmasına, bu enerjinin isə nəhayətdə səhra metaforası ilə çulğaşmasında önəmli rol oynayır».
Şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
«Səhra savaşı» çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın ədəbi-estetik fikrin və geniş oxucu kütlələrinin diqqət və marağını çəkəcəyi şübhə doğurmur.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!