Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 16-01-2015, 19:41
Gümrü qətliamının qısqanclıq zəminində baş verdiyi düşünülür
Əsgər erməniləri niyə qırıb?

Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmiş rus əsgərin psixoloji problemləri olub.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin iddiasına görə, Permyakov orduda xidmət etmək istəməyib və Türkiyəyə qaçmaq istəyib. Erməni ailəni isə qorxudan qırıb ki, onu hərbi hissənin rəhbərliyinə satmasınlar.
Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərib, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər.
Bu, Rusiyanın rəsmi versiyasıdır, amma qətl olunan ailənin qonşularının dedikləri isə fərqli versiya barədə düşünməyə imkan verir. Qonşuların dediyindən belə çıxır ki, ailə bu yaxınlara qədər kişisiz olub. Evdə həmişə qadınlar olub və Permyakov da bu evə gəlib-gedib. Evdə ali başçısının arvadı, gəlini, 36 yaşlı dul qızı və uşaqlar olurmuş. Qətliamdan bir-iki gün qabaq isə 51 yaşlı aildə başçısı və onun oğlu əmək miqrantı kimi getdikləri Rusiyadan Yeni ili bayram etmək üçün evə gəliblərmiş. Rus əsgərin evə qəfil gəlişi qalmaqalla nəticələnib və nəticədə Permyakov silaha əl atmalı olub. Ola bilər ki, Permyakovun əlaqəsi evin 36 yaşlı qızı Aida ilə olub. Bunu istintaq dəqiqləşdirməlidir. Amma bu aydındır ki, Permyakovun həmin evdə paltarı varmış və o, Türkiyə sərhədində özünə məxsus mülki geyimdə tutulub.
Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan – Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.


Paylaş



Bölmə: Xəbər / İrəvan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!