Prezidentdən ETSN-lə bağlı fərman .....                        Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı .....                        Ordumuz hərəkətə keçdi - Zərbə PUA-larından istifadə olundu .....                        Spiker Pakistanın Pəncab əyalətinin baş naziri ilə görüşdü .....                        Ombudsmanın nümayəndələri Ağdərədəki kütləvi məzarlığı yerində araşdırdılar .....                        Sabiq icra başçısının həbs müddəti uzadıldı .....                        Sahibə Qafarova və türkiyəli həmkarı Lahora səfər edib .....                        Əhalinin gəlirləri açıqlandı .....                        İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi .....                       
Tarix : 14-09-2015, 12:53
Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava: balakənli gənc öldü


Volqoqraddakı barda azərbaycanlılarla ermənilər arasında baş vermiş dava-dalaşın bəzi təfərrüatları bəlli olub.

Butov.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, davanın baş verdiyi "Bariton" karaoke-barının erməni sahibinin oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində ölən şəxs milliyyətcə azərbaycanlı - Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğludur.

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Butov.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki “Bariton” karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.

Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə “Bariton”un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb.


Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava: balakənli gənc öldü


"Bariton" barı

Bundan sonra yaralının dostları onu öz maşınları ilə xəstəxanaya aparıblar. Lakin bar sahibinin oğlu bununla da sakitləşməyib və öz dostları ilə həmin maşını təqib etməyə, təqib edə-edə həmin maşına atəş açmağa başlayıb. O, hətta xəstəxananın həyətində də atəş açmaqda davam edib. Daha sonra isə hadisə yerini tərk edib.

Yaralı xəstəxanaya çatanda keçinib. 21 yaşlı azərbaycanlı gənc boynundan aldığı güllə yarasından ölüb. Bar sahibinin 34 yaşlı oğlu isə həbs edilib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Bariton” barı Volqoqraddakı erməni biznesmenə məxsusdur.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!