Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 30-08-2013, 17:27
Qonşular arasında kütləvi dava: yaralılar var


Ağdaş rayonunda 5 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Vaqif küçəsində yerləşən Qaraçılar məhəlləsində keçirilən yas mərasimində qeydə alınıb. Uzaq qonşular arasında baş verən davaya getdikcə xeyli insan cəlb olunub.

Belə ki, narkotik qurbanı olan Qismət Quliyevin yas mərasimində iştirak edən qəflətən Ərəstun Məlikov və oğlanları iki ildir ki, şəxsi ədavətləri olan Qasımovlarların yaxın qohumlarına təhqiraməiz söz atıblar. Bundan sonra hər iki tərəfdə münaqişə başlayıb.

Təxminən 70 nəfərdən çox insanın iştirak etdiyi əlbəyaxa dava zamanı bıçaq və küt alətlərlə bir-birinə xəsarət yetirənlər olub. Hər iki tərəfin mövqeyinə gəldikdə, tərəflər bir-birini günahlandırır. Bıçaqlananların sözlərnə görə, Məlikov Ərəstunun oğlanları olan Azad və Nazir 44 yaşlı Əliyev Valehin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobilini daşa tutub və sürücünü qol nahiyəsindən bıçaqla vurublar.

Daha sonra məclisdən çıxan hər iki tərəfin münaqişəsi rayon mərkəzində davam edib və orda “VAZ-2106” markalı maşında olan 49 yaşlı Ağarzə Qasımov və 61 yaşlı Ağayarı Cümşüdov qol nahiyəsindən bir neçə bıçaq yarası ilə ağır bədən xəsarətləri yetiriblər.

Dərhal Ağdaş rayon xəstəxanasına gələn yaralıların vəziyyəti orta ağırdır. Uzun illərdir narkotik istifadəçisi və satıçısıdır.

Dava zamanı Məlikovlar tərəfindən ata 53 yaşlı Ərəstun Məlikov və qarşı tərəfdən 54 yaşlı Şadur Məmmədov yüngül bədən xəsarətlərilə digər xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri orta ağırdır.

ANS PRESS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, qonşular arasında iki ildir ki, qan düşmənçiliyi davam edir. Onlar tez-tez şəxsi münaqişə zəminində davam etdirir. Belə ki, iki il öncə Vaqif küçəsində yaşayan ailəli olan iki uşağ anası Aytən Qasımov Məlikovların ikini övladı olan Azad Məlikovla qeyri-rəsmi münasibətdə olduğundan qızın əmisi Hafiz Qasımov qardaşı qızını namus üstündə qətlə yetirib və həbs olunub.

Məlikovlar ailəsinin iddialarına görə, Qasımovlarda Azadı ölümcül bıçaq yarası ilə yaralamışdı. Sonradan da oğlanın qohumları ilə qızın qohumları arasında düşmənçilik yaranıb. Mütəmadi olaraq qarşı tərəflər arasında davalar düşür. Hazırda kütləvi dava və bıçaqlanma hadisəsilə bağlı Ağdaş rayon polis şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. Onlar müsahibə verməsələrdə günahın hər iki tərəfdə olduğunu bildiriblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!