İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 22-09-2015, 09:26
“Türkiyəyə müalicəyə gələn onkoloji xəstələrin çoxu azərbaycanlılardır”


Butov.az Lent.az-a istinadən xəbər verir ki, “Türkiyəyə onkoloji xəstəliklərin müayinəsi və müalicəsi üçün gələnlərin çoxu Azərbaycan və Gürcüstan vətəndaşlarıdır. Bizə İraqdan, Liviyadan və digər ölkələrdən də müayinə və müalicə üçün onkoloji xəstələr gəlir. Lakin bizimlə qonşu olan ölkələr arasında bu siyahıya Azərbaycan və Gürcüstan başçılıq edir”.

Bu sözləri Türkiyə Tibbi Onkologiya dərnəyinin sədri Cökhan Demir söyləyib. C. Demir deyib ki, Azərbaycandan Türkiyəyə müalicə üçün gələn onkoloji xəstələrin çoxu ağciyər və süd vəzi xərçəngindən əziyyət çəkənlərdir: “Onkoloji müayinələr bütün dünyada standart olaraq eyni aparılır. Amerikada da, Avropada da, Türkiyədə də, Azərbaycanda da aparılan onkoloji xəstəliklərin müayinəsi standartdır. Amma son vaxtlar Azərbaycandan gəlib Türkiyədə onkoloji xəstəliklərdən müalicə olunan çox xəstəmiz var. Bəzən ikinci dəfə Türkiyəyə müayinə və müalicə üçün üz tutan xəstələrimiz olur. Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi üçün radioloji və kimyaterapik texnik imkanların çox yaxşı olduğunu bilirik. Amma Türkiyədə onkoloq sayı daha çoxdur. O səbəbdən də azərbaycanlı xəstələr Türkiyədə müayinə və müalicədən sonra bəzən həkimlərlə ikinci görüş üçün növbəyə yazılırlar. Amma bununla belə, onkoloji müalicə prosesini azərbaycanlı onkoloqlarla birgə apardığımız xəstələr də az deyil”


“Türkiyəyə müalicəyə gələn onkoloji xəstələrin çoxu azərbaycanlılardır”


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!