ABŞ-də benzinin qiyməti 4 dolları ötüb .....                        ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri .....                        “Fənərbağça”nın prezidenti qəzaya düşdü .....                        Bəzi yaşayış məkanlarının sakinləri hotellərə yerləşdirilib - RƏSMİ .....                        Rasim Balayevin yerinə onlardan biri seçiləcək .....                        Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək .....                        Sirkə turşusu, siçan dərmanı - Bayram günləri zəhərlənənlər .....                        Azərbaycanda sabahdan balıq ovu qadağan edilir .....                        Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb .....                       
Tarix : 8-12-2015, 09:38
Meyiti tapılan neftçilər bu gün dəfn ediləcək



"Günəşli" neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib. Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub. Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Bu arada o da məlum olub ki, dünən dənizdə meyitləri tapılan 6 neftçinin hamısı suda boğulma nəticəsində vəfat edib.

Belə ki, 1981-ci il təvəllüdlü Tağıyev Fuad Tahir oğlu və 1968-cı il təvəllüdlü Mahmudov Ağa İzzət oğlunun cəsədləri Xətai, 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlunun cəsədi isə Sabunçu morqunda müayinə edilib və onların hamısının suda boğulma nəticəsində öldüyü müəyyənləşib.

Yeri gəlmişkən, onların cənazəsi artıq ailələrinə təhvil verilib və bu gün ərzində dəfn ediləcək.

Onu da qeyd edək ki, “Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş məlum hadisədən sonra itkin düşmüş daha 23 nəfərin axtarışları davam etdirilir.



Virtualaz.org


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!