Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 7-12-2015, 08:35
"Günəşli" yatağında son vəziyyət: itkin düşənlər tapılmayıb



“Günəşli” yatağında baş vermiş yanğınla bağlı xilasetmə işləri davam etdirilir, lakin əfsuslar olsun ki, itkin düşmüş neftçilər barəsində heç bir məlumat daxil olmayıb.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Əlirəhimov yanğınla bağlı son vəziyyəti açıqlayarkən deyib. O qeyd edib ki, axtarış gəmilərlə davam etdirlir, helikopterlərlə axtarış işləri sabah davam etdiriləcək. Onun sözlərinə görə, hava qaranlıq olduğu üçün helikopterlərlə axtarış aparmaq mümkün deyil. B.Əlirəhimov bildirib ki, yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir.

Onun sözlərinə görə, hazırda 5 gəmi yanğının söndürülməsi istiqamətində işləri davam etdirir. B.Əlirəhimov deyib ki, yanğın baş vermiş 10-cu özülün müəyyən hissəsinə dizel generatoru vasitəsilə işıq vermək mümkün olub. O bildirib ki, yanğının söndürülməsi işləri artıq platformanın üzərindən də həyata keçirilir ki, bu da yanğının söndürülməsini asanlaşdırır:

“Platformanın üzərindən su şırnaqları vasitəsilə birbaşa yanğın nöqtəsinə su vurmaq mümkün olub”.

B.Əlirəhimov əlavə edib ki, sabahdan etibarən yanğınla bağlı yaradılan qərərgahın platformanın üzərinə köçürülməsi nəzərdə tutulur. Hazırda SOCAR prezidenti Rövnək Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar.

Qeyd edək ki, hadisə nəticəsində 29 nəfərin itkin düşdüyü bildirilir. Bundan əvvəl qeyd olunmuşdu ki, yanğının söndürülməsinə FHN, Dövlət Sərhəd Xidmətinin gəmiləri cəlb olunub


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!