Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 27-05-2016, 09:52
Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Hadisə aeroport yolunda qeydə alınıb. Baş verən zəncirvari qəzada "Chevrolet", "Mercedes" və "Jiquli" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları ilə yanaşı təcili yardım briqadaları cəlb olunub. Polis aeroport yolunun bir hissəsi təhlükəsizlik məqsədilə bağlayıb.

Daha sonra təcili yardım maşınları yaralıları hadisə yerindən götürərək yaxınlıqdakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, baş verən qəza ilə bağlı xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Hüseynova Leyla Teymur qızı, 1995-ci il təvəllüdlü Hüseynova Nərgiz Çingiz qızı, 1989-cu il təvəllüdlü Qocayev Bəxtiyar Süleyman oğlu, 1990-cı il təvəllüdlü Orucov Zamin Ruslan oğlu və 1989-cu il təvəllüdlü Şirinov Fuad Oqtay oğluna dərhal tibbi yardım göstərilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.

Hadisə yerində çalışan yol polisi əməkdaşlarından verilən məlumata görə, qəzaya ilkin səbəb kimi, yola dağılan avtomobil yağı göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Virtualaz.org
Aeroport yolunda zəncirvari qəza
Aeroport yolunda zəncirvari qəza
Aeroport yolunda zəncirvari qəza
Aeroport yolunda zəncirvari qəza
Aeroport yolunda zəncirvari qəza
Aeroport yolunda zəncirvari qəza


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!