Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 15-02-2017, 12:29
Ötən il Azərbaycana 179 cənazə gətirilib

Ötən il ərzində 19 telefonoqram vasitəsilə Respublika Sanitariya-Karantin Müfəttişliyinə (RSKM) 24 nəfər hərarətli şəxs barədə məlumat verilib.

Butov.az-ın AzVision.az-a istinadən verdiyi məlumata görə, RSKM-nin Epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov bu gün keçirilən mətbuat konfransında bildirib ki, ərazi tibb müəssisələri tərəfindən aparılmış müayinələr nəticəsində həmin şəxslərdə “donuz qripi” xəstəliyi qeydə alınmayıb.

Onun sözlərinə görə, ötən il iyunun 28-də AİDS-lə yoluxmuş bir nəfər barədə müfəttişliyə məlumat daxil olub, müvafiq tədbirlərin görülməsi üçün vaxtında AİDS-lə mübarizə mərkəzinə məlumat verilib.

Y.Balışov qeyd edib ki, ötən il respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub:

“Cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb. Yoluxucu xəstəlikdən vəfat etmiş şəxslərin dəfni zamanı epidemioloji qaydalara əməl edilir, profilaktik tədbirlər həyata keçirilir. Bu səbəbdən respublikaya gətirilən cənazələr daim nəzarətdə saxlanılır”.

Şöbə müdiri əlavə edib ki, gömrük-sərhəd məntəqələrində yoluxucu xəstəliyə şübhəli hal aşkar edilərsə, müayinənin aparılıb diaqnozun təsdiqlənməsi üçün ərazi tibbi müəssisədən mütəxəssis çağırılır: “Diaqnoz təqribən təsdiqlənərsə, xüsusi təyinatlı nəqliyyat vasitəsilə xəstə hospitalizə olunur və xəbər vermə sxeminə uyğun aidiyyəti təşkilatlara məlumat verilir. Ümumiyyətlə, belə hallarda gömrük-sərhəd keçidlərində profilaktik əks epidemik tədbirlər daha da gücləndirilir.

Gömrük-sərhəd keçidlərində Beynəlxalq Tibbi Sanitariya Qaydalarına və Azərbaycanın qanunvericilik aktlarına uyğun həyata keçirilən Sanitariya-Karantin tədbirləri zamanı səfər edən şəxslərin ləyaqətinə, insani hüquqlarına və azadlıqlarına böyük hörmətlə yanaşılır, nəzakətli münasibət göstərilir. “Donuz qripi” xəstəliyinə görə epidemioloji vəziyyət gərgin olan dövlətlərdən gələn şəxslər arasında aşkar edilmiş şübhəli və temperaturu olan şəxslər barədə məlumatlar həmin şəxslərin tibbi müşahidəyə alınmaları məqsədilə gömrük-sərhəd keçid məntəqələrindəki gömrük xidməti əməkdaşları tərəfindən Respublika Gigiyena və Epidemiologiya mərkəzinə ötürülür”.
Ötən il Azərbaycana 179 cənazə gətirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!