Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 3-05-2017, 10:39
Əli Əhmədov: "Əmək bazarı istehlakçılara daha ucuz və keyfiyyətli məhsul təqdim etməyə qadirdir"

"Ümumi dəyərləndirmə aparmalı olsaq, Azərbaycan iqtisadi resurslar baxımından kifayət qədər zəngin ölkələr sırasına daxil edilə bilər. Cəmiyyətin demoqrafik vəziyyəti əmək bazarını yetərincə iş qüvvəsi ilə təmin edir. Ölkənin zəngin təbiəti, böyük təbii ehtiyatları, coğrafi mövqeyi və digər üstünlükləri onun iqtisadi inkişaf imkanları və ehtiyatlarının əhəmiyyətli qismini təşkil edir. Lakin sadalananlar görünən və islahat nəticəsində aşkar edilərək hərəkətə gətirilməli olan ehtiyatların heç də hamısı deyil. Bu gün iqtisadi dövriyyəyə cəlb edilməmiş xeyli ehtiyat mövcuddur ki, onlardan səmərəli istifadə edilməsi gələcək illərdə yüksək və davamlı iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynamaq imkanlarına malikdir".

Butov.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın demoqrafik vəziyyəti ölkənin əmək bazarına kifayət qədər böyük ehtiyatların çıxarılmasına imkan yaradır: "Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə ölkənin təxminən 10 milyona yaxın əhalisinin 68,8%-i əməkqabiliyyətli yaşda, 22,5%-i əməkqabiliyyətli yaşadək, 8,7%-i əməkqabiliyyətli yaşdan yuxarı olub. Mütləq rəqəmlərlə ifadə edilsə, Azərbaycanda təxminən 6,5 milyon nəfər əməkqabiliyyətli yaşda insan var. Müqayisə üçün bir neçə nümunəyə diqqət yetirək. Əhalisi Azərbaycan əhalisinə bərabər olan Çexiyada (10/5,5), İsveçrədə (9,8/5), Belarusda (9,4/5) və bir sıra digər ölkələrdə xeyli fərqli mənzərə müşahidə olunur. Beləliklə, əməkqabiliyyətli əhalinin yüksək çəkisi Azərbaycanın iqtisadi inkişaf potensialının kifayət qədər ciddi ehtiyatlara söykəndiyini söyləməyə əsas verir. Bu, eyni zamanda Azərbaycanın əmək bazarını xarici sərmayələr və iş adamları üçün cəlbedici edə bilər. Bizim ölkədə əhalinin təhsil səviyyəsinin yüksək olması, zəruri infrastruktur şəraitinin təmin edilməsi və digər səbəblər də nəzərə alınarsa, sözügedən cazibədarlıq qat-qat arta bilər".

Ə.Əhmədov əlavə edib ki, bütün hesablamalar göstərir ki, Azərbaycanın əmək bazarı istehlakçılara daha ucuz və keyfiyyətli məhsul təqdim etməyə qadirdir və bunun sayəsində ölkənin rəqabət qabiliyyətinin xeyli artırılması tamamilə real görünür. "Üstəgəl, bazarlara yaxınlıq, inşa edilməkdə olan logistik mərkəz və daşınma xətləri Azərbaycanın əmək bazarına olan diqqəti artıran amillər sayıla bilər", - deyə o bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!