Şəkidə dəhşətli hadisə - 2 nəfər öldü .....                        20 saziş qəbul edəcəyik - Tokayev .....                        Dəhşətli qəzada ölən hərbçilərin adları açıqlandı .....                        Tovuzda faciə: 6 nəfər öldü .....                        Məşhur tiktoker narkotiklə saxlanıldı .....                        Bulvarda dənizdə batan gənc xilas edildi - VİDEO .....                        Acun İlıcalı cərimələndi - SƏBƏB .....                        Kaş biz də qayıdıb gələ bilərdik: .....                        "Turan Tovuz" rəsmisinin beyninə qan sızdı - Əməliyyat olunur .....                       
Tarix : 23-12-2016, 11:33
Əli Əhmədov yeni islahatların anonsunu verdi

Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan yeni bir sıçrayışa hazırlaşır: “İnanıram ki, bu sıçrayış da Prezident İlham Əliyevin hazırladığı yeni iqtisadi islahatların təcəssümünə çevriləcək. Azərbaycanda inkişafın mərhələlərlə, spiralvari formada baş verməsi tarixin ortaya qoyduğu təkamül qanunauyğunluğunun vacib tərkib hissəsi sayılır. Bütün xalqlar və ölkələrin inkişaf tarixi bu fikrin əyani sübutu kimi təqdim oluna bilər. Təbii ki, Azərbaycan istisna deyil və onun inkişafının indiyədək ayrı-ayrı mərhələləri olub və bundan sonra da olacaq. Hər bir təkamül mərhələsi müəyyən edilmiş hədəflərə çatmaq üçün daxili imkanlarını səfərbər etdikdən sonra yeni mərhələyə keçid zərurəti yaradır. Hesab edirəm ki, Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Artıq bir ilə yaxındır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanır və ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların ikinci dalğası adlandırmaq tamamilə yerinə düşərdi".

Ə.Əhmədov qeyd edib ki, islahatların ikinci dalğası Azərbaycanın son 13 ildə davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət göstərir: "Buna görə də əvvəlki dövrdə əldə olunan nailiyyətlər yeni hədəflərə doğru irəliləyişlər zamanı etibarlı fundament rolunu oynayır və eyni zamanda, həm ilkin, həm də yeni islahatlar dövrləri vahid iqtisadi inkişaf strategiyasının mərhələləri kimi nəzərdən keçirilir. İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu mahiyyət etibarilə islahatların ikinci dalğasının ideya əsası kimi qəbul olunmalıdır".

Onun sözlərinə görə, hazırkı şəraitdə həyata keçirilməkdə olan islahatların resurs bazasının istinad nöqtəsinin dəyişdirilməsi onun fərqləndiricisi xüsusiyyətlərindən biri sayıla bilər: "Əvvəlki mərhələdə istinad olunan başlıca resurs bazası neft strategiyasının reallaşması nəticəsində əldə edilən vəsaitlərdə istifadə olunurdu. Başqa sözlə desək, inkişafın lokomotivi rolunda neft amili dayanırdı və əsas diqqət ondan ölkənin mənafeləri, xalqın rifahı naminə ən səmərəli şəkildə istifadə olunmasına yönəldilmişdi. İndi isə inkişafın resurs bazasına münasibətdə diqqət fərqli amillərə yönəldilir, başqa sözlə, iqtisadi şaxələndirmə prioritet vəzifə olaraq ön plana çəkilir. Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını, deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq.

Baş nazirin müavini bildirib ki, islahatların ikinci mərhələsini səciyyələndirən xüsusiyyətlərdən digəri idarəetmə sahəsinin təkmilləşdirilməsi, daha çevik idarəçilik sisteminin yaradılması məqsədilə zəruri optimallaşmanın həyata keçirilməsidir: "Burada idarəetmə xərclərinin azaldılmasından tutmuş innovativ idarəçilik formalarının tətbiq edilməsinədək geniş spektrli yeniləşmə nəzərdə tutulur. Hədəf qərarların qəbul edilməsinin sürətləndirilməsi, yersiz süründürməçilik hallarının və digər neqativlərin qətiyyətlə aradan qaldırılması, icraya nəzarətin gücləndirilməsi və s. bu qəbildən olan və sosial sifariş xarakteri kəsb etmiş vəzifələrin həllidir.

Prezident İlham Əliyevin islahatlar siyasətinin ikinci fazasını xarakterizə edən vacib bir məqam da ayrıca vurğulanmalıdır. Bu da onun cəmiyyətə dərin islahatlar kimi təqdim edilməsidir. Prezidentin hazırkı yeniləşmə xəttini dərin islahatlar adlandırması ona nə qədər böyük diqqət yetirdiyinin əyani sübutudur. İslahatların nəinki İlham Əliyevin təşəbbüsü ilə, həm də onun bilavasitə rəhbərliyi ilə həyata keçirilməsi faktı öz növbəsində ikinci islahatlar dalğasının uğurlarına əlavə təminat hesab edilə bilər. Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı ümummilli lider Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!".


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!