Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 3-12-2015, 09:50
İlhamə Quliyevaya qoyulan diaqnoz açıqlandı




Xeyli vaxtdır Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevanın həkimi müğənniyə qoyulan diaqnozdan danışıb.

Butov.az Modern.az-a istinadən xəbər verir ki, Urologiya şöbəsinin həkimi Rəşad Soltan “Tibb qəzeti”nə bildirib ki, İlhamə Quliyeva xəstəxanaya ilk dəfə gətiriləndə müayinələr nəticəsində onun böyrəklərində müəyyən problemlər aşkarlanıb:

“Bir böyrəyinin ölçülərində kiçilmə, digər böyrəyində böyük kista aşkar etdik. Eyni zamanda, başlanğıc mərhələsində böyrək çatışmazlığı diaqnozu qoyuldu. Amma bunlar qorxacaq, təşvişə düşəcək problemlər deyil, yəni müalicəyə tabe olan xəstəliklərdir”.

Həkimin sözlərinə görə, yaxın və uzaq gələcəkdə də İlhamə Quliyeva dializ seansına, böyrəkköçürülmə əməliyyatına məruz qalmayacaq:

“Hədəfimiz budur ki, böyrək çatışmazlığını konservativ yolla müalicə edək. Ancaq gələcəkdə ehtiyac olarsa, böyrəkdəki kistanın götürülmə əməliyyatı gündəmə gələ bilər. İndi başlanğıc mərhələsində olan böyrək çatışmazlığının müalicəsini aparırıq. Qısa müddət keçməsinə baxmayaraq, artıq müalicənin effektini görürük”.

Həkim Rəşad Şolan onu da deyib ki, İlhamə Quliyevanın böyrəyinin bu vəziyyətə gəlməsinin bir çox səbəbləri ola bilər:

“Ancaq konkret səbəb göstərmək düzgün deyil. Diabet, xroniki infeksiya və s. mümkün faktorlardandır. Hazırda biz səbəbləri araşdırmırıq, diaqnozu təsbit etmişik, bu istiqamətdə müalicə aparırıq və ümid edirik ki, yaxın zamanda böyrəkləri normal vəziyyətinə gətirəcəyik. Artıq nəticələr də var. Bir sözlə, ciddi, təşvişə düşəcək hər hansı bir problem yoxdur. İlhamə xanım özü də bunları təsdiq edə bilər”.


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!