Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 3-11-2015, 14:34
İlhamə Quliyevanın vəziyyəti ağırdır


Ötən gün gecə saatlarında vəziyyəti pisləşən xalq artisti İlhamə Quliyeva Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Bu barədə Lent.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, səhhəti dünən gecə saatlarından ağırlaşıb: “Dünən gecə başımda güclü ağrılar hiss etdim. Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verliib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında mənə xüsusi diqqət göstərirlər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.

Xalq artisti daha sonra həbsə olan keçmiş köməkçisi Mehriban Hüseynova barəsində açılmış cinayət işinin istintaqının davam etdiyi söyləyib: “Mehriban Hüseynovanın işinə obyektiv baxmırlar. Düşünürəm ki, bu məsələ kimlərə necə sərf edirsə, elə də baxırlar. Bir neçə adamın bu işdə əlinin olduğunu bilirəm. Onların başında bir xanım durur. Sizin sayt vasitəsi ilə Mehribanın arxasında duran şəxslərə mesaj göndərirəm. Elə bilməyin ki, mən təkəm. Mənim arxamda Allahım, ölkəm, xalqım və böyük insanlarım var. Mehriban Hüseynovanın qızı hər yerdə danışır ki, bir neçə gün sonra anasını azadlığa buraxacaqlar. Xeyir ola? Bir neçə cinayətlə ittiham olunan adam hansı qanunla azadlığa buraxıla bilər? Mənim kimi adamla oyun oynamaq istəyirlər. Ağıllı olsunlar. Onun işi araşdırılır, araşdırılacaq, layiqli cavabını alacaq”.

Xalq artisti İ.Quliyeva onu da əlavə edib ki, köməkçisi M.Hüseynova apelyasiya şikayəti vermək niyyətindədir: “Biz tərəfdən kimisə məhkəməyə dəvət olunmayıb. Mənim nümayəndəm olmadan nə apelyasiya? İşə obyektiv baxmalarını tələb edirəm. Bu işə nəzarət edənlər bütün diqqətlərini Mehribanın əməllərini açan oğlumun dostu Vüqar Bəkirova yönəldiblər. Çünki bütün faktlar, səs yazmalar, videolar Vüqarın əlindədir”.

İ.Quliyeva qeyd edib ki, oğlu Orxan Nadirovu da təqib edirlər: “Oğlum Orxanı da bu işə qatıblar. Xeyir ola? Kimsə maddi maraq güdür? Bu məsələdə maraqlı olmaq istəyən bir qadın var. O qadına demək istəyirəm ki, buynuzun gicişməsin. Özünü yığışdır. Elə faktlarım var ki, onu söyləsəm, bu ölkədən yox olarsan. Oğlumu və onun dostu Vüqarı daim güdürlər. Rahatlıqları yoxdur. Bu yaxınlarda oğlumun maşını da vurublar. Nömrəsiz maşın onu avtomobilini divara sıxıb. Oğlum evimə rahat gedib, gələ bilmir. Xahiş edirəm ki, bu məsləyə hüquqi qiymət verilsin. Çünki bu qadın təkcə mənə yox, neçə-neçə ailələrin başına bu oyunu açıb.

Xalq artisti bildirib ki, müraciət etməyi də lazım bildi: “Mən bir daha Daxili İşlər Nazirliyinə, Bakı şəhər Prokurorluğuna müraciət edirəm. İnanıram ki, onun bu məsələyə obyektiv baxılacaq".


Paylaş



Bölmə: Şou Biznes / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!