Səməd Vəkilov təltif olunub. .....                        ABŞ-nin Azərbaycandakı səfirliyinin sabiq əməkdaşına HÖKM OXUNDU .....                        Türkiyə–İsrail gərginliyi dərinləşir .....                        Mingəçevirdə qadın bıçaqlanıb, əri saxlanılıb .....                        Baş Prokurorluq Müşfiq Abbasovla bağlı MƏLUMAT YAYIB .....                        Abşeronda gənci arvadını öpdüyü üçün BIÇAQLADILAR .....                        Tramp: Ali Məhkəmənin qərarı səlahiyyətlərimi daha da artırdı .....                        Azərbaycanla Gürcüstan parlament əlaqələrini genişləndirir .....                        Nazirlik avtomobil parkına 2,4 milyon ayırdı .....                       
Tarix : Bu gün, 17:23
Futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu


Futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu

Tanınmış futbolçu, "Turan Tovuz" komandasının formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb.
İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib.
Qeyd edək ki, Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, Rusiyada "Solyaris Moskva" və "Torpedo Moskva" klublarında oynayıb. 2019-cu ildə Azərbaycana gəlib və "Sumqayıt" klubuna keçib. Sonrakı illərdə "Zirə"də və yenidən "Sumqayıt"da oynayıb, 2025-ci ildə "Turan Tovuz"a keçib. O, cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və bir qol vurub.
29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı A milli komandamızda 9 oyuna çıxıb.


Paylaş



Bölmə: İdman / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!