Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 30-10-2013, 13:27


 Ata  oğlunun ölümünə səbəb olan "qaişnik"in  cəzalandırılmasını istəyir

Bakının Nəsimi rayonundakı Hüseynbala Əliyev küçəsi, ev 4, mənzil 8-də kirayədə yaşayan İsmayıl Əhmədov "azərbaycaninfo.com" saytının redaksiyasına gələrək üzləşdiyi ciddi problem barədə məlumat verib. Onun dediyinə görə, 1988-ci il təvəllüdlü oğlu Əmiraslan Əhmədov idmançı olub və 3 dəfə Azərbaycan çempionu adını qazanıb. Bu il iyunun 20-dən 21-nə keçən gecə oğlu qəza nəticəsində dünyasını dəyişib: "Oğlum Səbinə Quliyevaya məxsus 90 LG 556 dövlət nömrəli "Hunday Elantra" markalı avtomobillə iyulun 20-dən 21-nə keçən gecə saat 03:03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsindən Zığ şosesi ilə hərəkət edirmiş. Maşında Səbinə Quliyeva da oğlumla birlikdə olub. Ancaq yol polisi tərəfindən təqib edildiyi üçün sürəti artırıb. Zığ şosesindən Heydər Əliyev adına Hava limanına gedən yoldakı tuneldən çıxarkən avtomobil ağır qəzaya uğrayıb. Səbinə Quliyeva salamat qalsa da, oğlum ağır yaralanıb. Amma təqib edən yol polisi al qan içində olan oğlumu xəstəxanaya çatdırmaq əvəzinə hadisə yerindən uzaqlaşıb. Nəticədə daha çox qan itirən oğlum dünyasını dəyişib. Onu da deyim ki, qəza anı da, yol polisinin təqib etməsi də, polis avtomobilinin hadisə yerindən necə uzaqlaşması da kameraya düşüb".
İsmayıl Əhmədov deyir ki, hadisə baş verəndən sonra Suraxanı rayon Polis İdarəsinin müstəntiqi Namiq Məmmədov tərəfindən araşdırmalara başlanılıb. Amma sonradan iş Əflatun adlı başqa bir müstəntiqə həvalə edilib: "Bur neçə aydır ki, iş davam edir. Lakin oğlumu təqib edən yol polisindən və avtomobildən hələ də xəbər yoxdur. Ona görə də mən oğlumun ölümünə səbəb olan "qaişnik"in məsuliyyətə cəlb olunmasını tələb edirəm. Mən ölkə prezidenti cənab İlham Əliyevdən, Daxili Işlər naziri Ramil Usubovdan xahiş edirəm ki, bu məsələyə obyektiv baxılması üçün əllərindən gələn köməkliyi əsirgəməsinlər".
P.S. Butov.az saytının verdiyi məlumata görə, “azərbaycaninfo.com” məsələnin daha dəqiq öyrənilməsi üçün jurnalist araşdırmasına başlayıb.

Orxan


Paylaş



Bölmə: Xəbər / Kriminal / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!