Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
Tarix : 26-08-2013, 11:21
Toya gedən sürücü dəhşətli qəzaya düşdü: 1 ölü, 5 yaralı


Ötən gün axşam saatlarında Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Cənub TV-nin məlumatına görə, hadisə Ələt-Astara magistralının 141-ci kilometrliyində, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Göytəpə qəsəbəsinə toya gələn Füzuli rayon sakini, Fidayəddin Muradov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn, Astara istiqamətində hərəkətdə olan Lənkəran şəhəri Sütəmurdov kənd sakini, 1978-ci il təvəllüdlü Zeynalov Famil Əvəz oğlunun idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə toqquşub.

Nəticədə "E Class" markalı avtomobildə olan sərnişin, Astara rayonunun Siyaku kənd sakini, 1993-cü il təvəllüdlü Abbaszadə Orxan Abbas oğlu hadisə yerindəcə dünyasını dəyişib. "Mercedes 190" markalı avtomobilin sürücüsü, Fidayəddin Muradov və digər sərnişinlər - 1971-ci təvəllüdlü Məmmədova Gülyanaq Rəvan qızı,1953-cü il təvəllüdlü Orucova Ziyafət Vəli qızı və Muradov Malik Fidayəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Xəstəxənasına yerləşdiriliblər.

Xəstəxananın həkim-travmatoloqu Babaxan Nəsirovdan aldığımız məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilərək qohumlarının xahişi ilə öz rayonlarına aparılıblar. Hadisə şahidlərinin bildirdiklərinə görə, qəzaya səbəb "E Class" markalı avtomobilin qəfildən qarşı tərəfdə hərəkətdə olan "Mercedes" markalı avtomobilin yoluna çıxması səbəb olub. Hazırda faktla bağlı BDYP idarəsində araşdırmalar aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!