Zelenski Trampla telefon danışığının detalları AÇIQLADI .....                        Braziliyada daşqınlarda 40 nəfər ölüb .....                        ABŞ Rusiya-Ukrayna kompromisinə çalışır .....                        Lənkəranda 7 kəndi birləşdirən yol çöküb - VİDEO .....                        ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ .....                        Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ .....                        Ramazanın 8-ci gününün duası - İmsak və iftar vaxtları .....                        Tramp və Zelenski telefon danışığı apardılar .....                        Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək" .....                       
Tarix : 19-08-2013, 11:16
Balakəndə ağır yol qəzası: 1 ölü, 2 yaralı


Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən APA-ya verilən məlumata görə, bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 154-cü kilometrliyində, Balakən rayonu Poçtbinə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Dibirov Orxan Qürbət oğlu idarə etdiyi “VAZ 21154” markalı, 90 NC 181 nişan dövlət nömrəli avtomobillə Gürcüstan Respublikası istiqamətində hərəkətdə olarkən avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü O.Dibirov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Orxan Dibirovun həmkəndliləri, 1978-ci il təvəllüdlü Yetimov Mahamarəsul Rəsul oğlu və 1993-cü il təvəllüdlü Xanpəriyev Məhəmməd İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Balakən Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, onların vəziyyəti orta-stabildir.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!