Bütün dünyaya sübut etmişik ki, güclü xalqıq - Prezident .....                        İsrail hərbçiləri Suriyanın iki kəndinə girdi .....                        Türkiyə nüvə reaktorlarının tikintisinə başladı .....                        Əfsanəvi boksçu 46 yaşında öldü .....                        Prezident Qarabağ Universitetinin Klinikasının açılışında - FOTO .....                        Prezident Xocalı rayonunun Şuşakənd kəndində olub .....                        Xankəndidə erməni əsilli sakin POLİSƏ QUMBARA ATDI .....                        Qəzzada ölənlərin sayı 64 871 nəfərə çatdı .....                        Türkiyədə silah zavodu yanır .....                       
Tarix : 12-09-2013, 12:55
Azərbaycanlı boksçular finalda


Ukraynanın paytaxtı Kiyevdə keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində ¼ finalçıların adları məlum olub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ASNS PRESS-ə verilən məlumata görə, növbəti mərhələyə yüksələnlər arasında Azərbaycan milli komandasının 7 üzvü də var.

Yığmamıza ilk qələbəni 50 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov qazandırıb. Həmyerlimiz 1/8 finalda macarıstanlı David Kovaçı məğlub edib – 2:1 (30:27, 29:28, 28:29).

Rövşən Musayev də (66 kq) komanda yoldaşının uğurunu davam etdirib. Boksçumuz İrlandiya təmsilçisi Luis Audli ilə görüşdə elə bir çətinlik çəkməyib. Nəticədə, hər 3 hakim Musayevin qələbəsini qeydə alıb.

¼ finala vəsiqə qazananlar arasında Hüseyn Tarverdili (70 kq) də var. O, Bosniya və Hersoqovina idmançısı Sandro Poletana heç bir şans verməyib. Hər 3 hakim Tarverdilinin 30:27 hesablı qələbəsini qeydə alıb.

80 kq çəki dərəcəsində yarışan Şükran Mehdiyev də komandamızı qalibiyyətlə sevindirib. Millimizin üzvü 1/8 finalda litvalı Amoldas Taraskeviçusdan üstün olub – 3:0.

Axşam proqramında çıxış edən boksçularımızın da çıxışı uğurlu alınıb. Əvvəlcə Qüdrət Quliyev (52 kq) rinqi qalibiyyətlə tərk edib. Həmyerlimiz Rumıniya nümayəndəsi Marian Rutadan güclü olub – 3:0.

İsmayıl Hüseynov da (63 kq) məşqçilərin ümidini doğruldub. Boksçumuzun belaruslu Mixail Basiakovla döyüşdə çətinlik çəkəcəyi gözlənilsə də, o, rəqibindən bir baş üstün olub – 3:0 (30:26, 30:27, 30:27).

Elşən Qafarlının (48 kq) 1/8 finaldakı qələbəsi daha əlamətdar olub. O, avstraliyalı Ceyms Beazlini 3-cü raundda texniki nokautla məğlub edib.

Milli komandamızın üzvlərindən 1/8 finalda yalnız Şamil İbrahimzadə (60 kq) məğlubiyyətlə üzləşib. Boksçumuz Moldova idmaçısına uduzub.

Azərbaycan boksçularının ¼ finaldakı rəqibləri

48 kq: Elşən Qafarlı – Conatan Lopez Markano (Puerto Riko)
50 kq: Ümid Rüstəmov - Maikel Barrero (Kuba)
52 kq: Qüdrət Quliyev – Jan Çhun-Hsien (Taypey)
63 kq: İsmayıl Hüseynov – Məhəmməd Abdilrasson (Finlandiya)
66 kq: Rövşən Musayev – Mark Qlev (Avstraliya)
70 kq: Hüseyn Tarverdili – Andrey Riqo (Slovakiya)
80 kq: Şükran Mehdiyev – Suray Mahmutoviç (ABŞ)


Paylaş



Bölmə: İdman / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!