Köhnəlməz tarixin əski yazısı .....                        Əməkdar artist dəfn olundu .....                        Güclü qadın , güclü şəxsiyyət , güclü alim .....                        İranın Azərbaycandakı səfiri ölkəni tərk edir .....                        Əhməd Qarayev .....                        Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                       
Tarix : 13-04-2015, 18:11
Mərkəzi Bankın valyuta ehtiyatı azalıb

Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının aprelin 1-i tarixinə olan həcmini açıqlayıb. Proqnozlaşdırıldığı kimi azalma davam edib. Mart ayında ehtiyatın həcmi 1,5 milyard dollar azalaraq 9,47 milyard dollara düşüb.
Modern.az-ın məlumatına görə, iqtisadçı Samir Əliyev bildirib ki, bu, son 41 ayda ən aşağı həddir. Sonuncu dəfə 2011-ci ilin oktyabr ayında ehtiyatın həcmi 7 milyard dollar olub.
S.Əliyevin sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 8-ci aydır azalır. Manatın sabitliyi üçün Mərkəzi Bank son dörd ayda valyuta ehtiyatının 37%-ni itirib. Dekabr-mart aylarında ehtiyat təxminən 5,5 milyard dollar azalıb.
Ekspert qeyd edib ki, göründüyü kimi, hətta 34%-lik kəskin devalvasiya valyuta ehtiyatını qoruya bilməyib. Mərkəzi Bank mart ayında hər gün orta hesabla 50 milyon dollar intervensiya edib.
Onun fikrincə, həmin vəsaitin təxminən yarısı qədər də Neft Fondu dəstək verib və bu qədər vəsait panikanın qarşısını ala bilməyib.
"Vəziyyət gözlənildiyindən də pisdir. Mart ayında ehtiyatın azalma sürəti fevral ayındakı qədər olub. Bu onu göstərir ki, ölkədə dollara təlabat tam ödənməyib.
Böyük məbləğlərdə vəsaitlərin, xüsusən də qeyri-rəsmi pulların dollarlaşdırılaraq ölkədən çıxarılması da ehtimalı getdikcə artır. Panikanın yaradılmasında da məqsəd ajiotaj “görüntüsü” fonunda böyük həcmli vəsaitlərin dollara çevrilməsi və həmin vəsaitlərin əhalinin ayağına yazılmasıdır. Proseslər göstərir ki, Mərkəzi Bank manatın yumşaq devalvasiyasını davam etdirəcək.
Narahatlıq bundadır ki, manatın ucuzlaşması gözlənildiyindən də sürətli templə davam etdirilə bilər. Mərkəzi Bank uzağı 2-3 ay ehtiyatların bu templə azalmasına imkan verəcək. Sonra sərt addımlar atmalı olacaq".
Samir Əliyev söyləyib ki, hadisələr indiki şəkildə davam edərsə, ajiotaj aradan qalxmazsa, Mərkəzi Bank devalvasiyanın tempini artırmaq və ya növbəti kəskin devalvasiya seçimi arasında qala bilər.
"Seçki amili kəskin devalvasiya seçimini çətinləşdirir. Ancaq büdcənin icrasında problemlərin yaranması hökuməti buna vadar edə bilər. Yumşaq devalvasiya isə istənilən halda baş verəcək: ya indiki templə, ya da daha sürətlə”.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!