Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 26-01-2015, 12:17
Əmanətlərə vergi tətbiqinin mahiyyəti nədir?


Son zamanlar əhalinin banklarda olan əmanətlərinə vergi tətbiqi məsələsinin istər cəmiyətdə istərsə də kütləvi informasiya vasitələrində müxtəlif aspektlərdə müzakirəsi diqqətdən yayınmır.İlkin söylənilən fikirlər isə az qala yerli bank sektorunun məhv olması ilə əsaslandırılır.
ƏslindəAzərbaycanda bu ildən tətbiq edilən sözügedən vergi növü dünya praktikasında çoxdan mövcuddur. Azərbaycanda isə sovet dövründən sonra banklara olan inamsızlığı bərpa etmək, bu sahəni stimullaşdırmaq məqsədilə1999-cu ildən vergi güzəştləri tətbiq edilmişdi. Belə ki, 1999-cu ildən bəri fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisi tutulmurdu. Sonuncu dəfə 2013-cü ilin dekabrında qəbul edilən “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunla güzəşt müddəti 1 il - 2014-cü ilin sonuna kimi uzadılmışdı.
Əmanətlərə vergi tətbiqinin mahiyyəti nədir?

Əhalinin banklardakı əmanətləri isə 2014-cü ildə 11% artaraq 7 mlrd. manatı ötüb. Bununla da, adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxınlaşıb. Müqayisə üçün bildirək ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. Ötən ildə əmanətlər üzrə əhalinin faiz gəlirləri 500 mln. manatı ötüb. Hazırda ölkədə 4,5 milyona qədər əmanətçinin olduğunu nəzərə alanda əhalinin hər 1000 nəfərinə 473 əmanətçi düşür.
Bəzi ekspertlər istehlak kreditləşməsinin məhdudlaşdırılmasından sonra əmanətlərə vergi tətbiqini bankların əsas gəlir mənbəyindən məhrum edəcəyini bildirirlər. Onların fikrincə, bank sektorunun çətinə düşməsi ölkə iqtisadiyyatına mənfi təsiri göstərə bilər. İlkin proqnozlara görə, bu addım əhalinin bir qisminin banklardakı əmanətlərini geri çəkə və bankların əmanət cəlb etmək üçün yüksək faiz tətbiq etmək məcburiyyətində qala bilər. Bu isə son nəticədə kredit faizlərinin aşağı salınması yönündə tədbirlərin əhəmiyyətini aşağı sala bilər. Çünki, kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur.
Lakin ekspertlərin bu cür bədbin qənaəti heç də özünü doğrultmaya bilər. Hələ 2013-cü ildə Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə 12%-dən 9%-ə salanda, Mərkəzi Bank mərkəzləşdirilmiş kreditləri nəzərdə tutan uçot dərəcəsini bir-birinin ardınca endirəndə bunun bank bazarında canlanmaya, kredit faizlərinin aşağı salınması istiqamətində aparılan tədbirləri stimullaşdıracağı bildirilirdi. Lakin bu, baş vermədi. Hazırda bankların kredit faizlərindəki enmələr bank bazarında olan rəqabətin fonunda reallaşdığı açıq-aydın ortadadır. Banklar isə mövcud kredit portfelinin formalaşmasında yerli əmanətlərdən daha çox digər mənbələrə üz tuturlar. Hətta onlar üçün Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də o qədər də cəlbedici görünmür. Bu isə digər mənbələrdən cəlb edilən vəsaitlərin daha ucuz və asanlıqla əldə olunması ilə əsaslandırıla bilər.
Digər tərəfdən isə 2013-cü ildə Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə endirəndən sonra əhalinin bir hissəsi yüksək faizə üstünlük verib. Ötən ilin 9 ayına nəzər salanda məlum olur ki, sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması nəticəsində sığortalanmayan əmanətlərin payı bir ildə 34%-dən 47,6%-ə yüksəlib. Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1,17 mlrd. manat artıb, qorunan əmanətlər isə 450 mln. manat azalıb. Başqa sözlə, 2013-cü ilin 9 ayı ilə müqayisədə ötən ilin eyni dövründə Azərbaycanda qorunmayan əmanətlərin həcmi 59,4% artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında qorunmayan əmanətlər 3,14 mlrd. manat təşkil edib ki, bu da ötən ilin III rübündəki göstəricidən 1,17 mlrd. manat çoxdur. Nəticə etibarı ilə bildirmək olar ki, əhalidə bank sektoruna inam get-gedə artır. Qoyulan əmanətlər sığortalanmasa belə. Baxmayaraq ki, hələ 2-3 il əvvəl “Royal Bank” fəaliyyətini dayandıranda əmanətçilərin böyük əksəriyyəti əmanətlərinin geri qaytarılması ilə bağlı böyük çətinliklərə məruz qalmışdılar.
Məsələyə ümumi yanaşdıqda məlum olan əsas odur ki, əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsinin gəlir vergisindən azad edilməsi bir tərəfdən vergitutma bazasının genişləndirilməsi ilə bağlıdırsa, digər tərəfdən qorunmayan əmanətlərin həcminin kəskin artımının qarşısının alınmasına xidmət edir.
Əmanətlərə vergi tətbiqinin mahiyyəti nədir?

Qeyd edək ki, yanvarın 1-dən qüvvəyə minən vergi qanunvericiliyinə əsasən əhalinin əmanətlərə görə illik gəlirinin 500 manatadək hissəsi gəlir vergisindən azad edilməklə yerdə qalan məbləğindən 10 faiz həcmində vergi ödəniləcək.
Ceyhun Piriyev


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!