Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 17-09-2015, 13:03
AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub


Müdafiə nazirliyindən Butov.az-a xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolter sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşdə cəbhəboyu zonaya, xüsusilə təmas xəttinə səfər edərək yerli əhali və şəxsi heyətlə görüşmək niyyətində olduğunu bildirib.
R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq xahişi müsbət qarşılanaraq onun təhlükəsizliyi təmin olunmaqla Müdafiə Naziriliyinin nümayəndələrinin müşayiəti ilə qonaq helikopterlə cəbhə bölgəsinə aparılıb.
Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.
Erməni silahlı bölmələri tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər düşmən tərəfinin vəziyyəti daha da gərginləşdirərək minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı qonağın diqqətinə çatdırılıb. O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıblar.
R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.
Müxtəlif istiqamətlərdə ön səngərlərdə döyüş tapşırığı yerinə yetirən hərbi qulluqçularla görüşlərdə isə qonaq əsgər və zabitləri dinləyib, onların suallarını cavablandırıb, eləcə də onun özünü maraqlandıran məsələlərə cavab tapıb.
Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.


AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub

AŞPA-nın məruzəçisi cəbhə bölgələrində olub


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!