Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olundu .....                        ABŞ İran neftini daşıyan tankeri ələ keçirdi .....                        Prezidentlər mətbuata bəyanatla çıxış etdilər .....                        Serbiyaya təbii qaz ixracının həcmi artırılacaq - İlham Əliyev .....                        Moskvaya PUA hücumu .....                        Azərbaycan-Serbiya Strateji Tərəfdaşlıq Şurasının iclası olub .....                        Polşa nüvə silahı əldə etmək istəyir .....                        Sumqayıtda kişi dəm qazından öldü .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                       
Tarix : 16-09-2015, 09:06
Müdafiə naziri AŞPA-nın məruzəçisi ilə görüşüb


Müdafiə nazirliyindən Butov.az verilən məlumata görə sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi cənab Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində 20 ildən artıqdır ki, öz doğma yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri barədə ətraflı məlumat verib. General-polkovnik Zakir Həsənov beynəlxalq hüququn normaları və prinsiplərinin Ermənistan tərəfindən kobudcasına pozulduğunu vurğulayaraq qoşunların təmas xəttində gərginliyin artmasının səbəbləri barədə danışıb və qonaqları maraqlandıran bir sıra sualları cavablandırıb.
Münaqişə bölgəsində gərginliyin artması ilə bağlı hesabat hazırlamaq məqsədilə ilin əvvəlində Azərbaycana səfərini xatırladan cənab R.Uolterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi də müsbət qarşılanıb.
Müdafiə naziri cənab R.Uolterin rəhbərlik etdiyi nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunmaqla təmas xəttinə səfəri, yerli əhali və şəxsi heyətlə görüşlərin keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!