Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 23-08-2013, 16:06
Müdafiə  naziri yaponlarla görüşüb


Avqustun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yaponiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir regionda baş verən hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər barədə yaponiyalı qonaqları məlumatlandırıb. O bildirdi ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir. Nazirin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır. Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Müdafiə naziri Səfər Əbiyev qonaqların diqqətinə onu da çatdırıb ki, vəziyyət bu cür davam edərsə Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaq.

Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato Azərbaycan Silahlı Qüvvələrinin sülhyaratma missiyalarında iştirakının böyük əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq ifadə olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!