Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
Tarix : 14-04-2015, 17:42
Müdafiə naziri İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb


Aprelin 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Möhsün Pakayin ilə görüşüb.

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə görüşdə Müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan "seçki"lərin regionda sabitliyi pozmaq niyyətilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.
Sonra aprelin 20-21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işçı səfərinin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez iştirak edib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!