Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 30-09-2015, 13:48
Nizami Cəfərov Tofiq Hacıyevin müdafiəsinə qalxdı


“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstituna bütün parametrləri üzrə rəhbərlik edəcək tək bir adam var, o da akademik Tofiq Hacıyevdir”.

Butov.az Modern.az saytına istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov AMEA-nın Dilçilik İnstitunda aparılan maliyyə yoxlmalarına və institut direktoru, akademik Tofiq Hacıyevin ləkələnməsinə cəhdə münasibət bildirərkən deyib.

O qeyd edib ki, yüksək biliyi, intelekti, dilçilik elmi, ümumiyyətlə, türkologiya sahəsində böyük nüfuzu, mükəmməl şəxsiyyəti olan Tofiq Hacıyevi maliyyə yoxlamaları, hər hansı xırda intriqalarla sındırmağa cəhd etmək mümkün deyil.

“Tofiq müəllim bir neçə ildir ora rəhbərlik edir. Hələlik inanmıram ki, orada maliyyə haqq-hesabı da ola bilər. Tofiq müəllim 100 il də ora rəhbərlik etsə, onu yaxşı tanıyan, onun tələbəsi olmuş şəxs kimi bilirəm ki, onun dövlətin 1 manatında da gözü yoxdur.

Ola bilsin ki, Tofiq müəllim özü də arada əsəbləşib, ərizə yazıb. Ola bilsin ki, institutun müəyyən adamlarının işdən çıxarılması, cəzalandırılmasında tələskənliyə yol verib. Bunlar ola bilər, çünki Tofiq müəllim yəqin birdən-birə inqilab etmək istəyib. Tofiq müəllim səhv edə bilməz, amma tələsə bilər. Bunu da Akademiya rəhbərliyi nəzərə almalıdır”.

N.Cəfərov qeyd edib ki, müəyyən məsələlərdə yenidən AMEA rəhbərliyi ilə söhbət etmək lazımdır.

“Bu məsələnin dolaşması maliyyə ilə bağlı deyil. Məsələnin həlli yolu ayrıdır. Akdemiya rəhbərliyi Tofiq müəllimlə demokratik şəkildə söhbət etməlidir ki, akademiya rəhbərliyi nədən narazıdır. Yəni hansı problemlər olub ki, belə xoşagəlməz hal yaranıb”.


Nizami Cəfərov Tofiq Hacıyevin müdafiəsinə qalxdı


Qeyd edək ki, son günlər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və oranın direktoru, akademik Tofiq Hacıyev ətrafında gedən söhbətlər ictimaiyyətin diqqət mərkəzindədir. Hazırda institutda 6 nəfərdən ibarət komissiya yoxlama aparırı. T.Hacıyev özü bu haqda açıqlamasında belə deyib:

“Onlar 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna maddi-texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manatın hesabatını soruşurlar. Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!