Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 11-12-2015, 10:46
​“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavinləri vəzifəsinə təyinatlar olub


Prezident İlham Əliyev Zamiq İsmayılovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Butov.az “Report”-a istinadən xəbər verir ki, sərəncamla Zamiq Ömər oğlu İsmayılov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.
Cəbrayıl İdris oğlu Mahmudlu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini təyin olunub.
Qeyd edək ki, Zamiq Ömər oğlu İsmayılov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Dəniz Yolları Məktəbini texnik-gəmi sürücüsü ixtisası üzrə bitirib. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Kommersiya (beynəlxalq ticarət) ixtisası üzrə bakalavr, 2011-2012-ci illərdə Dünya Dənizçilik Universitetinin Gəmiçilik və liman idarəçiliyi fakültəsini bitirərək magistr ali elmi-ixtisas dərəcəsi alıb. Əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlamışdır. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb. 2013-cü ildən London Gəmi Brokerləri İnstitutunun üzvüdür. Evlidir, 3 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cəbrayıl İdris oğlu Mahmudlu isə 1966-cı ildə Yardımlı rayonunun Qabağdibi kəndində anadan olub. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İnstitutunun Bakı filialını, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1984-1986-cı illərdə Sovet ordusu sıralarında xidmət edib. Əmək fəaliyyətinə 1983-cü ildə Engels adına sovxozda fəhlə kimi başlayıb. 1990-cı ildən “28 May” NQÇİ-də maliyyə işləri üzrə iqtisadçı, baş mühasibin müavini, baş mühasib, 1994-cü ildən “Qum adası” NQÇİ-də baş mühasib,1995-ci ildən DNQÇ İstehsalat Birliyində nəzarət-təftiş şöbəsinin rəisi, 1997-ci ildən “Xəzərdənizneftdonanma” İdarəsində iqtisadiyyat üzrə rəis müavini, 2008-ci ildən Kompleks Qazma İşləri Trestində ümumi məsələlər üzrə rəis müavini, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində sədrin baş müşaviri vəzifələrində çalışıb. Evlidir, 3 övladı var.Yeni Azərbaycan Partiyasının üzvüdür.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!