Belarusun müdafiə naziri azərbaycanlı həmkarına zəng etdi .....                        “Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu .....                        “Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum oldu .....                        Azərbaycan-İran sərhədində yük maşınlarının hərəkətinə icazə verildi .....                        Tramp İrandan kapitulyasiya tələb etdi: "Heç bir razılaşma olmayacaq" .....                        Prezident Azərbaycan qadınlarını təbrik etdi .....                        Milli Məclisin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi .....                        Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etdi .....                        Azərbaycanın İranla sərhədə hərbi texnika yığması dezinformasiyadır - MEDİA .....                       
Tarix : 15-09-2015, 08:36
Paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçirilir


Butov.az Apa-ya əsaslanaraq nəzərinizə çatdırır ki bu gündən etibarən oktyabr ayının 15-ə kimi paytaxt poliklinikalarında “Açıq qapı aylığı” keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, aylıq hər il olduğu kimi bu il də 1 oktyabr “Beynəlxalq ahıllar günü” ərəfəsində heriatriya sahəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində baş tutacaq.

Tədbirlər planı çərçivəsində Bilgəh qəsəbəsində yerləşən qocalar evinin sakinlərinə, Respublika Veteranlar Şurasının üzvlərinə, Ombudsman aparatı “Ahıllar üçün resurs mərkəzi”nin üzvlərinə həkim-heriatr briqadası tərəfindən ixtisaslaşmış tibbi yardım göstəriləcək və ehtiyac olduğu halda onlar dispanser qeydiyyatına götürüləcək.

Aylıq çərçivəsində “Sağlamlıq sahəsi”-nə şəhər poliklinikalarından göndərişlə müraciət etmiş xroniki ürək-damar sistemi, tənəffüs sistemi, mədə-bağırsaq, ginekoloji, endokrinoloji, nevroloji, uşaq xəstəlikləri, lor, stomatoloji və s. xəstəliklər əvvəlcə müayinə olunacaq, müayinədən sonra xəstələrə müalicə kursu təyin olunacaq. Müayinə kursu əsasən sağlamlaşdırıcı və reabilitasiya metodlarıdır ki, bura müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iynə refleksoterapiya, masaj, psixoterapiya, musiqi terapiyası, müalicəvi qidalanma və s. müalicə üsullarından ibarətdir.

Aylıq ərəfəsində paralel olaraq şəhər poliklinikalarında terapevt-herontoloqlar cəlb olunmaqla Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyası ilə birgə herontologiyanın aktual problemlərinə dair seminar keçiriləcək.

Hər il olduğu kimi bu il də Ş. M. Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasında “Beynəlxalq ahıllar günü” ahıl kontingent ilə bərabər qeyd olunacaq. Aylıq çərçivəsində sağlamlaşdırma və reabilitasiya metodlarından daha çox istifadə olunan Ş. M. Həsənov adına “Sağlamlaşdırma və reabilitasiya” poliklinikasında ahıllar müayinə olunaraq dispanser qeydiyyatına götürüləcək və onlara müvafiq müalicə kursu təyin olunacaq.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!