Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 23-05-2016, 15:43
“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi HAZIRLANIR



“Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ilkin forması hazırdır.
Butov.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, qanun layihəsinin hazırlanması üçün müxtəlif ölkələrin, UNESCO-nun təcrübəsi öyrənilir.

“Bizim üçün ən əsası Azərbaycan təcrübəsi və reallıqlarıdır. Ona görə də ekspertlərimiz regionlarda, paytaxtda dövlət və özəl bağçaları və onların funksiyalarını öyrənirlər.

Dünyada dövlət bağçaları istiqamətində ən çox inkişaf edən ölkə Finlandiyadır. Orada məktəbəqədər yaşlı uşaqların 60 faizi bağçaya cəlb olunur, onlardan isə 98 faizi məktəbə getməmiş I sinifə hazırlıq kursları keçir.


Dünyada bu ən yüksək göstəricidir. Özəl bağçaların ən çox inkişaf etdiyi yer Estoniyadır. Orada dövlət bağçası yoxdur. Estoniyada ödənişin əmək haqqına müvafiq tutulması qaydası var ki, hər bir ailə övladını məcburi bağçaya qoya bilsin. Orada xüsusi xəstəlikləri olan uşaqlar üçün ayrıca bağçalar var. İnternat tipli, eyni zamanda ailə bağçaları fəaliyyət göstərir”.

Deputat bildirib ki, Azərbaycanda müşahidə olunan hələ dövlət bağçalarının olmasıdır. Bunlar məktəbəqədər yaşlı uşaqları 17-22 faiz həcmində cəlb edə bilir.

“Dövlət bağçasının siyasəti var. Ölkəmizdə yeni bağçalar tikmək prosesi davam edir. Eyni zamanda özəl sektor da inkişaf edir. Bizi narahat edən məsələ isə özəl bağçalarda vahid qiymətləndirmə sisteminin tətbiq edilməsidir.

Hərəsinin imkanları, maddi texniki bazası da müxtəlifdir. Lakin ortaq qiymətləndirmə sistemini tapmaq lazımdır ki, orada şişirdilmiş rəqəmlər olmasın. Əhali öz uşaqlarını bağçaya qoya bilsin”.

İ.Həbibbəyli qeyd edib ki, qanun layihəsi sentyabrda I oxunuş üçün hazırlanıb, komitədə yekun müzakirəyə veriləcək. “Qarşıda çox iş durur. Çalışırıq ki, reallıqları, dövlətin siyasəti və xalqın ehtiyaclarını qanun layihəsində əks etdirə bilək”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!