Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                        İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu .....                        İranda etirazçılar geri çəkilmirlər .....                       
Tarix : 14-11-2016, 11:36
Şagirdlər bu cür qiymətləndiriləcək

Azərbaycanın ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi qaydaları açıqlanıb.

Butov.az xəbər verir ki, Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsinə əsasən, şagird nailiyyətlərinin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldilir.

Bu qiymətləndirilmə şagirdlərin təhsilə münasibətləri, mövcud təlim göstəriciləri, müəllimlərin hazırlıq səviyyəsi, təhsil standartları və kurikulumların məqsədəuyğunluğu, tədris resursları ilə təminat, idarəetmənin səmərəliliyi barədə məlumatların toplanıb təhlil edilərək dəyərləndirilməsi, şagird və müəllimlərin fəaliyyətinin, təhsil proqramlarının icra vəziyyətinin müşahidə olunmasından və nailiyyətlərin qiymətləndirilməsini əks etdirən sənədlərin təhlilindən əldə edilmiş nəticələrə görə müvafiq qərarların qəbul olunmasını əhatə edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə növlərini əhatə edir. Məktəbdaxili qiymətləndirmə 3 istiqamət üzrə aparılır: Şagird irəliləyişlərinin monitorinqi formativ və summativ qiymətləndirmə formalarında aparılır. Formativ qiymətləndirmə müəllimin davamlı müşahidələrinə əsaslanır və irəliləyişlərin səviyyəsi izlənilməklə qeydiyyata alınır, zəruri tədbirlər müəyyənləşdirilir. Summativ qiymətləndirmə kiçik (bəhs və bölmələr üzrə) və böyük (yarımilliklər üzrə) summativlər formasında tətbiq olunur. Kiçik summativ qiymətləndirmə müəllim, böyüksummativqiymətləndirmə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Kurikulum üzrə qiymətləndirmə şagirdlərin təlim nəticələrinin müvafiq standartlara uyğunluğunu müəyyən etmək məqsədi ilə aparılır.

Təhsil səviyyələri (ümumi orta və tam orta) üzrə yekun qiymətləndirmə mərkəzləşmiş qaydada aparılan buraxılış imtahanları formasında keçirilir və məzunlara müvafiq təhsil sənədinin verilməsi ilə başa çatır. Milli qiymətləndirmə toplanmış məlumatlar əsasında keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə, bir qayda olaraq, 4-5 ildən bir təşkil olunur. Beynəlxalq qiymətləndirmə şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək, problemləri aşkara çıxarıb həlli yollarını müəyyənləşdirmək, digər ölkələrlə müqayisələr aparıb inkişaf perspekstivlərini proqnozlaşdırmaq üçün, bir qayda olaraq, 3 ildən bir keçirilir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!