Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək .....                        KTMT qatardır, qabağında Rusiyadır - Elmar Məmmədyarovdan Ermənistanla bağlı ŞOK AÇIQLAMA .....                        "Nizami"nin divarlarını yazanlar məlum oldu .....                        Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                       
Tarix : 14-12-2015, 09:02
Şirvanda müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb



Şirvan şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi başa çatıb.

9-13 dekabr tarixlərində Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.

Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 6500-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 98,4 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb. Müəllimlər Təhsil Nazirliyinin müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə əlaqədar yaradılmış rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələrlə tanış ola bilərlər.

Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.

Qeyd edək ki, 16-20 dekabr tarixlərində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda 9000-ə yaxın müəllimin iştirakı gözlənilir.



Hafta.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!