Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
Tarix : 7-10-2015, 09:11
“Müəllimlərin maaşının artırılması üçün 50 milyon manat ayrılıb”


Butov.az Modern.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müəllimlərin biliyinə görə əmək haqqı sisteminin müəyyən olunması barədə imzaladığı sərəncamdan sonra Bakıdakı orta məktəblərdə çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan pedaqoqların dərs yükü norması 1,5 dəfə, əmək haqqı isə 2 dəfə artırılıb.

Təhsil Nazirliyindən verilən açıqlamaya görə, müəllimlərin maaş artımı növbəti ildə də davam etdiriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2016-cı ildə müəllimlərin sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı onların əmək haqlarının artırılacağını təsdiqləyib:

“Ölkə başçısı İlham Əliyevin bu ilin yanvar ayında imzaladığı sərəncama əsasən, Bakıdakı orta ümumtəhsil məktəblərində çalışan xüsusi attestasiydan keçmiş 32 min müəllimin maaşının artırılması üçün 53 milyon manat vəsait ayrıldı. Bakıda çalışan həmin müəllimlər artırılan maaşı növbəti ildə də alacaqlar”.

Komitə rəsmisinin sözlərinə görə, bölgələrdə çalışan müəllimlərin əmək haqlarının artırılması nəzərdə tututlub:

“2016-cı il üçün təsdiq edilən büdcə bilavasitə sosial yönümlüdür. Növbəti ildə də 2015-ci il üçün nəzərdə tutulan sosial müdafiə vəsaitləri demək olar gələn ilin büdcəsində tamamilə qüvvədə qalır.

Bununla yanaşı, 12 bölgədə çalışan xüsusi attestasiyadan keçəcək 22 min müəllimin əmək haqlarının artırılması üçün büdcədən 50 milyon manat əlavə vəsait ayrılıb”.

Hadi Rəcəbli deyib ki, bundan sonra da müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün ardıcıl olaraq hər il sınaq imtahanları təşkil edilərək maaşları artırılacaq.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!