Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 30-11-2016, 20:19
Avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizə məsələləri müzakirə edilib

Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində avtonəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizədə və onların geri qaytarılmasının təmin edilməsində Birliyin iştirakçısı olan ölkələrinin əməkdaşlığı haqqında 2005-ci il 25 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi barədə protokol layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Butov.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Qurumun Minskdəki Qərargahından məlumat veriblər.

Avtonəqliyyat vasitələrinin oğurlanması mülkiyyətçilərə və dövlətə ciddi ziyan vurur. Oğurlanmış avtonəqliyyat vasitələrindən isə terrorçu, kriminal və digər qanunazidd hərəkətlər üçün istifadə edilə bilər. Bu cür oğurluqlar artıq transmilli xarakter alıb və belə cinayətlərə qarşı mübarizə yalnız bütün əlaqədar tərəflərin qarşılıqlı fəaliyyəti sayəsində səmərəli ola bilər.

MDB ölkələrinin hökumət başçıları məhz bundan çıxış edərək və avtonəqliyyat vasitələrinin oğurlanmasının qarşısının alınması və onların geri qaytarılmasının təmin edilməsi üçün razılaşdırılmış tədbirlərin həyata keçirilməsinin vacibliyini başa düşərək, 2005-ci ildə əməkdaşlıq haqqında müvafiq Saziş imzalayıblar.

Sənəddə nəzərdə tutulub ki, tərəflər beynəlxalq öhdəliklərə və milli qanunvericiliyə riayət etməklə, avtonəqliyyat vasitələrinin oğurlanması ilə bağlı cinayətlərin qabaqlanması, üzə çıxarılması, qarşısının alınması, açılması və araşdırılması, onların axtarışı və geri qaytarılmasının təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Sazişdə bu sahədə əməkdaşlıq mexanizmləri göstərilib, bu əməkdaşlığın həyata keçiriləcəyi səlahiyyətli orqanlar, avtonəqliyyat vasitələri haqqında məlumat bazasının parametrləri, avtonəqliyyat vasitəsinin geri qaytarılması haqqında sorğunun forması, avtonəqliyyat vasitəsinə mülkiyyət hüququ haqqında fiziki və hüquqi şəxslər arasında mübahisələrin həlli və saziş tərəflərinin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xərclərin təmin edilməsi mexanizmləri müəyyən olunub.

Sazişə dəyişiklərin edilməsi haqqında protokol layihəsi Birlik ölkələri ərazisində nəqliyyat vasitələrinin oğurlanmasına qarşı mübarizə sahəsində informasiya mübadiləsi və qarşılıqlı fəaliyyətin optimallaşdırılması sisteminin təkmilləşdirilməsi məqsədi ilə MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurası tərəfindən hazırlanıb və Minskdə ekspertlər tərəfindən razılaşdırılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!